ATOPİK DERMATİT Tez-tez rast gəlinən xronik dəri - TopicsExpress



          

ATOPİK DERMATİT Tez-tez rast gəlinən xronik dəri xəstəliyidir. Arabir ortaya çıxır və itir. Digər allergik xəstəliklər kimi keçmişə nisbətən müasir dövrdə daha çox müşahidə olunur. Etiologiyası. Patogenezi: Etiologiyası məlum deyil. Patogenezi immun mexanizmlə izah edilir. Simptomlar. Ailədə bir neçə üzvdə görülə bilər. Yoluxucu deyil. Dəridə qızartı , şiddətli qaşıntı, quruluq toxunduqda həssaslıq müşahidə edilir. Daha çox alın , yanaq , saç dibində dibində başlayır. Daha sonra gövdə dirsəklərə , biləklərə yayılır. Qaşımaq daha da ağırlaşdırır. Qaşıntı qızarma, şişkinlik , çatlama , sulanma, qabıqlama və pullanma əmələ gətirir. Əsasən gecələr şiddətlənir, yuxu pozulur.Südəmər körpələrdə və uşaqlarda saçlı dəridə üzdə , qolun və ayaqların xarici səthində qaşıntı olur. Böyük uşaqlarda və yetkinlərdə qol və ayaqların iç səthində , dirsək və dizin arxasında olur. Çox zaman böyük qırmızı rəngdə suluqlu qabıqlar olur. Bu mərhələdən sonra lezyonla qabalaşır soyulur. Risk faktorları: Qaşınma - qaşıntı -qaşıma qapalı dövrə ilə qaşınmanın mövcud əlamətləri daha da ağırlaşır. Tahriş edici maddələr atopik dermatitli insanlarda təmas etdikləri bir çox maddələr tahriş edir. kimyəvi maddələr ,sabunlar, yuyucu tozlar parfumlar , dəri üçün kosmetik vasitələr tahriş edici xüssiyyət daşıyır. Geyimlər: Paltarın materialından , nə ilə yuyulmasından asılıdır. Yun kimi materiall , ilk dəfə geyinilən geyimlər qıcıqlandırıcı ola bilər. Allergiyalı insanlar pambıq paltarlar geyməli , alınan geyimləri yuyub geyməli yumşaldıcı, qoxulandırıcı yuyucu vasitələr istifadə etməməlidirlər Allergiya : Talk tozu, heyvan tükü, havadakı allergenlər, kimyəvi maddələr allergik reaksiya törədir. İstilik və nəm ,soyuq hava, isti ,tərləmə atopik dermatiti daha da ağırlaşdırır. İnfeksiyalar : Bakteriya və virusların səbəb olduğu dəri infeksiyalar dermatitli insanlarda normal insanlara nisbətən daha çox görülür. Quru dəri: Quru dəri atopik dermatit əlamətlərini dərinləşdirir. Emosiyalar və stres - Mənfi emosianal, qorxu, narahatlıq, əsəb , stres atopik dermatitə səbəb olmaz, lakin mövcud qaşıntı artırır. Dəqiq elmi sübutlar olmasa da hormonların da təsiri inkar edilmir. Bəzi qadınlar menstrurasiya öncəsində əlamətlərin şiddətlənməsindən şikayətlənir. Müalicə : Xəstəliyi şiddətləndirən və səbəbkar amillər öyrənməli və kənarlaşdırılmalıdır. Dəri nəmli tutulmalıdır. Nəmləndirici vasitələr istifadə edilir. Bəzi nəmləndirici vasitələr özləri də tahriş edici xüsusiyyətə malikdir. Buna görə də həkim dermatoloq və həkim kosmetoloqla məsləhətləşmək vacibdir. Yun və qaba materiallı yataqlar istifadə olunmamalıdır.
Posted on: Fri, 19 Jul 2013 05:59:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015