BANK KREDİTORLARININ NƏZƏRİNƏ! Kredit verən banklar - TopicsExpress



          

BANK KREDİTORLARININ NƏZƏRİNƏ! Kredit verən banklar müştərilərlə müqavilə bağlayan zaman həmin müqavilə notarial qaydasında təsdiqlənmir. Bu hal mülki qanunvericiliyin tələbinə əsasən qanunsuzdur. Belə ki qanunvericiliyin tələbinə əsasən hüquqi şəxslə fiziki şəxs arasında müqavilə bağlanarkən həmin müqavilə notariat qaydada təsdiqlənməlidir. Vətəndaşla müqavilədə qeyd olunur ki, kredit götürüləndən sonra onun müddəti nəzərə alınmaqla əsas pula 3 (və ya 5) faiz pul ödənməlidir. Lakin pulu alanda müqaviləyə uyğun gəlməyən, onunla ziddiyyət təşkil edən bir cədvəl tərtib olunaraq vətəndaşa təqdim olunur. Müştərini göz-görəsi aldadırlar. Belə ki, müştəriyə verilmiş ödəniş cədvəlini araşdıranda görünür ki, müştəri götürdüyü krediti ödəyən zaman ondan müqavilədə qeyd olunduğu kimi, ay ərzində 3 faiz deyil, 20-30 faiz pul tutulur. Sizinlə bağlanmış müqaviləni və pulu alarkən təqdim olunan ödəniş cədvəlini tutuşdurun. Onda asanlıqla görərsiniz ki, sələmçi təşkilat müqavilədə az faizə qol çəkdirdiyi halda sizdən 20-30 faiz pul tutur. Bu isə yaratdığımız demokratik hüquqi dövlətdə insan hüquqlarının pozularaq onlara qəsdən maddi ziyan vurulması deməkdir. Bankın prosedur və siyasət qaydalarında müştəriyə kredit verilən zaman onlara verilmiş kredit məhsulunun növlərində yalnız müştərinin maddi rifahının yüksəlməsi üçün köməklik göstərilməsi nəzərdə tutulur, bu cür soyğunçuluq nəzərdə tutulmur. Bu cür müqavilələr aldadıcı olduğu üçün Azərbaycan Qanunvericiliyinə əsasən etibarsız sayılır. Digər qanun pozuntularından biri də odur ki, kredit götürən müştəri fiziki və hüquqi şəxs kimi vergi ödəyicisi olduğu halda, yəni vergi orqanlarında VÖEN alıb hansısa bankda hesab açdırdığı halda, ona kredit verilən zaman bankda yenidən hesab açdırırlar. Nəticədə kredit götürən şəxs məcbur qalaraq götürdüyü kreditin təyinatını vergi orqanlarından gizlədir. Bu da dövlət büdcəsinə qəsdən maddi ziyan vurulması deməkdir. Bankın vətəndaşı yüksək faizlə soymağı bir tərəfə, üstəlik vergi pullarını da dövlətdən oğurlayır. 2-ci hesab açılanda müştəridən 6-10 manat əlavə pul da tutulur, bu isə vətəndaşa əlavə maddi ziyan deməkdir. Hesabı olan vətəndaşa məcburən 2-ci hesabı açdırmaq düzgün deyil. Müştərilər Dövlət Sosial Müdafiə Fondunda sahibkar kimi qeydiyyatda olmadıqları halda onlara sahibkarlıq fəaliyyətinin genişlənməsi ilə əlaqədar kredit buraxırlar. Nəticədə müştəri DSMF-də olan məcburi ödəmələrdən yayınmalı olur. Demək, sizə sələm verən banklar vergi pullarını oğurlamaqdan başqa həm də Sosial Müdafiə Fondunun da pullarını oğurlayır. Beləliklə, həmin təşkilatın qeyri-qanuni fəaliyyəti nəticəsində dövlətə külli-miqdarda ziyan dəymiş olur. Siyasət və prosedur qaydalarına əsasən, kredit götürən müştəri ardıcıl olaraq 2-3 ay müddətində, yəni 60 və ya 90 gün ərzində götürdüyü kreditin əsas və faiz pulunu ödəməsə həmin müştəri dərhal məhkəmə məsuliyyətinə verilməlidir. Lakin sizin kredit götürdüyünüz banklar bu qaydaya əməl etməyib ödəməyən müştəriləri məhkəməyə vermir, çünki onların pulunun üstünə sayğac qoşaraq məbləği şişirdir, təşkilata olan borcu çoxaldır və müştəridən həmin böyümüş məbləği müxtəlif üsullarla tələb etmək, qoparmaq yolu tutur. Elə müştərilər var ki, 200-300 gündən artıqdır ki, kredit ödəmir, yenə də onlar məhkəmə məsuliyyətinə verilməyərək, onlara qanunsuz olaraq faiz və cərimələr hesablanır. Bankın siyasət və prosedur qaydaları kobud şəkildə pozulur. Pulu ödəyə bilməyən müştəriər üçün bilə-bilə aylar və hətta illərlə qanunsuz olar faiz və cərimələr hesablanır. Əgər prosedur qaydalarını əsas götürsək, bu fakt özü də kredit götürən vətəndaşlara qəsdən maddi ziyan vurma, soyğunçuluq deməkdir. Vətəndaş ödəyə bilmirsə məhkəməyə verilməlidir, ona reketsayağı sayğac qoşmaq qətiyyən düzgün deyil. Məhkəmə ödəniş haqda qərar çıxarır və kreditorun borclu olduğu pulu hissə-hissə icraçılara ödəməyə ixtiyarı var. Elə bank müştəri var ki, çoxdan vəfat edib. Mülki qanunvericiliyin tələbinə görə kredit götürən tərəf vəfat etdikdə müqaviləyə xitam verilir və o hüquqi əsas daşımır. Bütün bunlara baxmayaraq bizdə ölmüş şəxslər üçün də ardıcıl olaraq faiz və cərimələr (!) hesablanır. Ölmüş adama sayğac qoşulması proseduruna ancaq bizim respublikada rast gəlinir. Mərhumun adına qanunsuz olaraq faiz və cərimələr hesablanaraq, hüquqi varislərinə və zamininə maddi ziyan vurulur. Bu isə dediyimiz kimi, Azərbaycan Qanunvericiliyinə ziddir. Mərkəzi Bankın respublikaya qoyduğu uçot dərəcəsi cəmi 5,25 faizdir. Dünya praktikasında belədir ki, Mərkəzi Bankın uçot dərəcəsi nə qədərdirsə, kreditləşdirmə ondan maksumum 2-3 faiz artığına həyata keçirilir. İndi uçot dərəcəsi 5,25 faizdirsə, maksimal kredit dərəcəsi 8 faizə yaxın olmalıdır. Bu isə o deməkdir ki, Azərbaycanda 8 faizdən artıq kredit verilə bilməz. Bankların sizi əbəs yerə soymasına və qula çevirməsinə imkan verməyin. Ötən ilin statistik göstəricilərindən bəlli oldu ki, Azərbaycan dünyanın ən yüksək faizlə kredit verən ölkələrindən biridir. Avropa Birliyi ölkələrində istehlak krediti orta hesabla 7-8%-ə verilir. Almaniya, Lüksemburq, Finlandiya, Belçika və Fransada dərəcələr müddətindən asılı olaraq 2-7% təşkil edir. ABŞ-da bu göstərici 5%-dən çox deyil. Bizdə isə bank krediti 50-55%-ə gedib çıxır. Hüquqlarınızı bilin və bankların sizi hədər yerə talamasına imkan verməyin!
Posted on: Sat, 27 Jul 2013 08:26:13 +0000

Trending Topics



Liguei pra te dizer que eu te amo Chico Rey e Paraná Já é

Recently Viewed Topics




© 2015