Bella Cullen Əsl adı İsabella Swan olan bu obraz 4 bölümdə - TopicsExpress



          

Bella Cullen Əsl adı İsabella Swan olan bu obraz 4 bölümdə insan, 4-cü bölümün sonunda və 5-ci bölümdə vampir olaraq canlandırılır. Anasıyla atası ayrıldıqdan sonra anasıyla yaşayır. Lakin anasının ikinci həyat yoldaşı tenisçi olduğuna görə şəhərləri gəzir, yarışlara qatılır. Bellanın anası da onunla birlikdə səfərlərə çıxır. Lakin Bella bunu istəmir və Forks qəsəbəsində şerif olan əsl atasının yanına köçür. Bu şəhərdə 100 ildən çox vaxt ərzində birlikdə yaşayan və hamısının bir-birinə tamamilə ögey olduğu bir ailə ilə tanış olur-Cullen ailəsi. Və bu ailə həyatını tamamilə dəyişir. Əvvəlcə yalnız Edward Cullenla tanış olsa da elə ilk bölümdə bütün ailə ilə tanış olur. Breaking Dawn 1-ci bölümdə (yəni Twilight 4-cü bölümdə) Edwardla balayı zamanı birlikdə olur və yarı vampir yarı insan olan bir uşağa hamilə qalır. Ancaq uşaq qana susadığından içdən Bellaya çox böyük zərərlər vurur. Bunun çarəsini isə təsadüfən Edward qurdadam Jacobun zehnindən keçənlərdə tapır. Bellaya qan içirməyə başlayırlar və vəziyyəti yaxşıya doğru gedir. Ancaq uşaq dünyaya gələrkən Bella ölür və Edward onu vampirə çevirmək üçün əlindən gələni edir. Ümidlərin öldüyü anda Bella dirilir, ancaq vampir olaraq. Son bölümdə isə vampirliyə öyrəşməyə çalışan Bella 2-ci bölümdə tanış olduğu Volterine təriqətinin ordusu ilə üz-üzə qalır, ancaq bu işdə ona Cullen ailəsi və vampir dostları, həmçinin qurd sürüsü də kömək edir. Lakin döyüş başlamadan Alice gələcəkdə döyüşü uduzacaqlarını Volterine təriqətinin başçısına göstərir. Nəticədə lider Aro bütün ordunu geri göndərir. Və bütün vampirlər sağ qalır
Posted on: Sat, 13 Jul 2013 18:06:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015