Bismillahir-rəhmanir-rəhim. As Salamu Aleykum Xestə adam - TopicsExpress



          

Bismillahir-rəhmanir-rəhim. As Salamu Aleykum Xestə adam gözəl yeməklərin dadını anlaya bilmədiyi kimi, əmr edən nəfsə təslim olan adamın da qəlbi xəstə olar və o, ibadətlərdən ləzzət ala bilməz. Kin, qəzəb, şəhvət, paxıllıq, riyakarlıq, tamah bu xəstəliyin simptomlarındandır. Qəzali yazır ki, insan qəlbi öz yaradılışından dəmir kimidir. Onu yaxşıca cilalamaqla güzgü düzəltmək olar. Və cilalanmış «güzgü»də bütün dünyanı görmək olar. Əks halda o pas atır və pas onu yediyindən daha güzgülüyə yaramır. Uca Tanrı bu barədə deyir: «Xeyr, onların əməllərindən qəlbləri pas bağlayıb» (Mutaffifin 14). Maraqlı bir cəhət budur ki, xəstəlik deyəndə əməli ilə sözü, zahiri ilə batini uyğun gəlməmək nəzərdə tutulur. «Dilləri qəlblərində olanı söyləmirdi» deyilir. Dinimizə görə, dil qəlbin tərcümanı olmalıdır. Yalan varsa, xəstəlik var, riyakarlıq varsa, xəstəlik var. Qəlb xəstəliyi qəlb qatılığı, qəlb qaralması gətirir. Bu isə insanın sonsuzluğa, gözələ, yaxşıya, Allaha gedən yolunu bağlayır: «Kimin ürəyini İslama açmışsa və Öz nuru ilə doğru yola yönəltmişsə onu Allah, ürəyi bağlı olan kimsə ilə birmi tutular beləsi? Vay halına o kəslərin ki, qəddar ürəklərilə Allahı anmaqdan ayrı düşüblər. Aşkar bir sapqınlıq içində vurnuxar onlar» (Zumər 22). İnsanın qəlbinin paslanması Allahla insan arasında bir pərdə yaradır. «Ayələrimiz ona oxunan zaman «Öncəki nəsillərin əfsanələridir bunlar» deyər. Xeyr, elə deyil! Qazandığı günahlardan pas atmış kafirlərin ürəyi. Əlbəttə, o gün Rəblərinin rəhmətindən ayrı düşəcəklər (Mutaffifin 13-15). Bəndə bir günah işlədəndə qəlbə bir qara nöqtə düşür, tövbə edəndə o nöqtə silinir, qəlb parıldayır. Əgər təmizlənmə getməsə, nöqtələr çoxalır və qəlbi tutur Beləliklə, qəlb paslanır və nəticədə kor olur. Qəlbin kor olması qəlb gözünün – bəsirətin kor olmasıdır. Bəsirət qəlbin görmək gücüdür. O, ilahi işıqla nurlanır və varlığın sirlərini onunla görürlər. Bəsirətin bağlanması ənfusi və afaqi dəlilləri oxumağa mane olur. «Bunu ancaq təmiz olanlar anlar» ayəsi də bunu nəzərdə tutur. Qəlb korluğunun ardınca damğalanma, qıfıllanma, möhürlənmə gəlir. Bismillahir-rəhmanir- rəhim. Allahummə ədxil əla əhlil-quburis-s urur. Allahummə əğni kullə fəqir. Allahummə əşbi’ kullə cai’. Allahumməksu kullə uryan. Allahumməqzi dəynə kulli mədin. Allahummə fərric ən kulli məkrub. Allahummə ruddə kullə ğərib. Allahummə fukkə kullə əsir. Allahummə əslih kullə fasidin min umuril- muslimin. Allahumməşfi kullə məriz. Allahummə suddə fəqrəna biğinak. Allahummə ğəyyir suə halina bihusni halik. Allahumməqzi ənnəd-dəynə və əğnina minəl-fəqr. İnnəkə əla kulli şəy’in qədir. (İlahi, qəbristan əhlinə şadlıq verib, onları sevindir. İlahi, bütün kasıb və yoxsulları dövlətli et. İlahi, bütün acları doyuzdur. İlahi, libası olmayan bütün yoxsulları geyindir. İlahi, bütün borcluların borclarını ödə. İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et. İlahi, bütün qəribləri öz vətənlərinə qaytar. İlahi, bütün əsirləri əsirlikdən qurtar. İlahi, mö’minlərin işlərinin fasidlərini islah et. İlahi, bütün xəstələrə şəfa ver. İlahi, Öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. İlahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir. İlahi, bizimborclarımızı ödə və bizə yoxsulluqdan nicat ver. Həqiqətən, Sən hər bir şeyə qadirsən) Ramazan ayının 12-ci gününün duası: "Allahummə zəyyinni fihi bis-sətri vəl- əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl- xaifin". Tərcüməsi: "ilahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi". İftar duası: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir- Rəhmanir-Rəhim. Ya vasiəl- məğfirəti iğfirli". Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!" Ezizler dualarinizda wefaya ehtiyaci olan xesdeleri,borcu lari,imkansizlari,ovlad hesretinde olanlari,hicab hesretinde olanlari,senger de vetenin kewiyinde duran eskerleri,dunyanin her yerinde zulme meruz qalan muselmanlari ve momin ve momineleride yad etmeyi unutmayin Allah dua ve ve ibadetlerinizi qebul elesin. Allahume Selli Ela Muhammedin Ve Ali Muhammed Ve Eccil Ferecehum
Posted on: Sun, 21 Jul 2013 00:25:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015