Bu qatarın dalınca baxma Məni aldı səndən, getdi bu qatar, - TopicsExpress



          

Bu qatarın dalınca baxma Məni aldı səndən, getdi bu qatar, Göydə bircə ovuc tüstüsü qaldı. Saçında əlimin tumarı qaldı, Ovcunda əlimin istisi qaldı. Baxma, bu qatarın dalınca baxma, Baxma, gözlərini yorunca, baxma. Qaşların altında cüt yarpaq kimi Gözlərin saralıb solunca, baxma. Uzaqdan, yaxından keçər bu qatar, Gecələr yuxundan keçər bu qatar. Gülsən, gülüşünü doğrayar, biçər, Ah çəksən, ahından keçər bu qatar. Mən getdim, dünya ki qaldı yerində… Dünyanın payızı, baharı qaldı. Ovcunda əlimin istisi qaldı, Saçında əlimin tumarı qaldı. Ramiz Rövşən
Posted on: Tue, 20 Aug 2013 15:47:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015