Dünən telefonuma, bir mesaj gəldi, Gecənin bu vaxtı kimdi - TopicsExpress



          

Dünən telefonuma, bir mesaj gəldi, Gecənin bu vaxtı kimdi görəsən ?! Açdım, oxudum ki, köhnə sevgilim Darıxıb və yazıb, “Salam, necəsən?” İstədim əvvəlcə, cavab yazmayım Sonra düşündüm ki, yox nəyə lazım?! Axı mən də onunçün, çox darıxmışam Yaxşısı budur ki, tez cavab yazım… Yazdım ki, ”Yaxşıyam, bəs sən necəsən? Demək, silməmisən nömrəmi hələ, Ən az 6 aydı , görüşmürük biz Nə əcəb yadına, düşmüşəm belə?! ” Yazdı, ” Düz deyirsən, ancaq nə bilim, Oluram səninçün, hər gün narahat Səninlə xoşbəxtdim, indi mənimçün Sənsiz itiribdi, mənasın həyat ! ” Birgə yaşadığımız gözəl anları, O necə unutsun?!…zarafat deyil ! Bir sevgi nağılı yaşamışdıq biz, Müddəti nə az, nə çox…iki il… Eyniydi zövqümüz, xasiyyətimiz Ortaq dostumuz da, çoxdu üstəlik.. Təsadüf deyil ki, elə onunla Sevgili olmazdan öncə dost idik… Mən ki ayrılmağı, istəməmişdim, “Ayrılaq” kəlməsin deyəndə birdən Belə danışmağa da , məncə yox haqqı Tərk edən o idi, tərk edilən mən… Halbuki, ” təzədən başlayaq ” desəm, Heç nə soruşmadan, “hə” deyər mənə Yenə alınmasa, yenə ayrılsaq Bəs sonra dost-tanış, nə deyər mənə?
Posted on: Thu, 20 Jun 2013 17:07:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015