Freedom House: Azərbaycanda vəziyyət pisləşib Freedom House - TopicsExpress



          

Freedom House: Azərbaycanda vəziyyət pisləşib Freedom House hüquq müdafiə təşkilatı iyulun 16-da dünyada azadlıqların vəziyyəti haqqında illik hesabat yayımlayıb. Bu çoxsəhifəlik sənəddə dünyanın ən problemli bölgələrində hüquq və azadlıqlarla bağlı vəziyyətin qiymətləndirilməsi və təhlili verilib. 2012-ci il ərzində Avrasiyada istibdad rejimləri demokratik dəyişikliklərə qarşı fəal mübarizə aparıblar. Bəzi hallarda artıq repressiyalarla məşhur olan hökumətlər çoxillik senzura təcrübəsinin ardınca fərqli düşüncənin daha da məhdudlaşdırılması üzrə yeni və hədsiz tədbirlər tətbiq ediblər, məhkəmə sistemini özlərinə tabe ediblər və bəzən zorakılığa əl atıblar. Nəticədə regionun avtokratik ölkələrində idarəetmə müəssisələri öz öhdəliklərini getdikcə daha pis yerinə yetiriblər, müstəqilliklərini itiriblər və korrupsiya qarşısında zəifləyiblər. Belə mənfi şəraitdə Rusiya təqlid üçün nümunə kimi çıxış edib. Vladimir Putinin prezident vəzifəsinə qayıtması ilə Rusiya hakimiyyəti siyasi müxalifət üzvlərinin və vətəndaş cəmiyyəti fəallarının qorxudulmasına yönəlmiş tədbirləri genişləndiriblər. Rusiya ilə qonşu olan avtokratik rejimlər arasında da analoji model üstünlük təşkil edib, burada vətəndaş fəalları məqsədyönlü şəkildə xüsusilə amansız davranışa məruz qalıblar, deyə məruzədə bildirilir. Azərbaycan, Tacikistan və Belarusda rejimlər ehtimal olunan düşmənlərin hüquqi və qeyri-hüquqi mexanizmlər vasitəsilə təqibini sərtləşdiriblər. Ötən ilin ən geniş yayılmış təmayüllərindən biri vətəndaş cəmiyyətinə qarşı hücumlar olub. Belə ki, 2012-ci ildə avtoritar rejimlər gələcək nümayişlərin qarşısının alınması üzrə tədbirlər görərək, yeni məhdudlaşdırıcı qanunlar qəbul ediblər və sistemli şəkildə repressiv taktika tətbiq ediblər. Bu ölkələr arasında Rusiya, Qazaxıstan, Belarus, Azərbaycan və Tacikistan göstərilib. “Azərbaycan siyasi müxalifəti aqressiv şəkildə boğduğu halda, Gürcüstan və Ermənistan namizədlərin seçkiqabağı resurslara və KİV-ə bərabər çıxışına böyük əhəmiyyət verən yeni seçki qanunvericiliyinə uyğun olaraq parlament seçkiləri keçirib. İnzibati resurslardan sui-istifadə və seçki günlərində pozuntular müəyyən dərəcədə davam edib, amma ümumilikdə seçkilərin alternativliyi artıb və hər iki ölkədə daha nümayəndəli qanunverici orqanlar seçilib. İlk dəfə olaraq vaxtilə bütün dövlət qurumlarına qarşı çıxan Ermənistan Milli Konqresi Ermənistan Milli Məclisində yer alıb və parlament siyasətində iştirak etməyə başlayıb. Gürcüstanda milyarder Bidzina İvanişvilinin rəhbərlik etdiyi keçmiş müxalifət partiyaları koalisiyası gözlənilməyən qələbə qazanaraq, müstəqil Gürcüstanda seçkilər nəticəsində hakimiyyətin dinc yolla dəyişməsinə səbəb oldu”, deyə məruzədə qey edilir. “2012-ci ildə Azərbaycan və Qafqazdakı qonşuları arasında demokratik inkişaf fərqi artmaqda davam edib. Gürcüstanda və Ermənistanda dincə və kifayət qədər hərtərəfli seçkilər Bakıda “Eurovision” mahnı müsabiqəsinə hazırlıq zamanı ictimai yığıncaqların amansızca dağıdılması, habelə ölkədə icazəsiz mitinqlərin işrakçıları üçün böyük cərimələr tətbiq edilməsi ilə kəskin ziddiyyət təşkil edib. Bu arada, xarici KİV-lərin araşdırmalarında prezident İlham Əliyevin böyük şəxsi aktivlərinin üstaçılıb. Bu, korporativ mülkiyyət strukturunun sirrini müdafiə edən və jurnalistlərin korrupsiyanı ifşa etmək imkanlarını daha da məhdudlaşdıran hüquqi düzəlişlərin qəbulu üçün əsas oldu. Macarıstan hakimiyyəti 2004-cü ildə Budapeştdə təlim zamanı erməni zabitinin amansız qətlinə görə həbs edilmiş Azərbaycan ordusunun keçmiş zabiti Ramil Səfərovun repartasiyası haqqında gözlənilməz qərar qəbul etdikdə Bakıda hökumət onu qəhrəman kimi qarşıladı və dərhal azad etdi, bununla da Ermənistanla mübahisəli Dağlıq Qarabağ ərazisi haqqında danışıqların gedişatını ləngitdi”, deyə hesabatda bildirilir. Freedom House-un əsas göstəricilər reytinqinə əsasən Azərbaycanda aşağıdakı sahələrdə vəziyyət pisləşib: 1) seçki prosesi; 2) vətəndaş cəmiyyəti; 3) korrupsiya; 4) demokratiyanın vəziyyəti. Qeyd edək ki, məruzənin ilk səhifəsində Turan agentliyinin fotoreportyoru Əziz Kərimovun Bakıda mitinqin dağıdılması zamanı çəkdiyi fotoşəkildən istifadə olunub. /Turan/
Posted on: Wed, 17 Jul 2013 10:08:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015