Gerçək zənginliyə aparan yol...(Q.Paşayeva) Bu gün bəzən - TopicsExpress



          

Gerçək zənginliyə aparan yol...(Q.Paşayeva) Bu gün bəzən gənclər arasında oxumağa, öyrənməyə meyl etməkdən daha çox qısa zamanda çox pul qazanmağa üstünlük verənləri görəndə çöx təssüflənirəm. Əslində bizi lazım olan gerçək zənginliyə aparan yol yalnız oxumaqdan, öyrənməkdən keçir. Gerçək zənginliyə aparan yol barədə bu hekayəni ilk dəfə oxuyanda çox xoşuma gəlmişdi və anlayana çox dərin məna daşıyır. Böyük Səlcuq Sultanlığı dövründə kiçik bir şəhərdə tək oğlu olan bir dul qadın yaşayırmış. Ölümün yaxınlaşdığını hiss edincə, oğlunu çağırir və ona belə deyir: "Çox çətinlik içində yaşadıq, çünki kasıbıq, amma sənə böyük bir zənginlik əmanət edirəm. Onu mənə güclü bir cadugər hədiyyə etmişdi. İçində böyük bir dəfinəyə çatmaq üçün bütün lazım olan işarələr mövcuddur. Mənim bunu oxuyacaq nə taqətim, nə də zamanım var. İndi onu sənə əmanət edirəm. Təlimatlara əməl etsən, çox zəngin olacaqsan!" Anasını itirməyin verdiyi dərin üzüntü keçdikdən sonra oğul o qədim və dəyərli böyük kitabı oxumaq üçün əlinə aldı. Kitabın baş hissəsində belə yazılmışdı: "Xəzinəyə çatmaq üçün səhifələri çevirmədən oxuyun. Əgər dərhal nəticə hissəsinə keçsəniz, kitab bir sehirlə öz-özlüyündə yox olacaq və xəzinəyə çata bilməyəcəksiniz". Bundan sonra isə uzaq bir ölkədə yığılmış olan zənginliyin miqdarından bəhs edilir və bu xəzinənin bir mağarada çox yaxşı qorunmaqda olduğu yazılırmış. İlk səhifələrdəki farsca mətn bir yerdə kəsilmiş və bundan sonrası ərəb dilində davam edirmiş. Özünü indidən zəngin olaraq görməkdə olan gənc başqaları da bu sirri öyrənib, ona yanlış bilgi verərək xəzinəyə sahib olmasınlar deyə mətni tərcümə etdirməyə təşəbbüs etmir. Onun yerinə böyük bir ehtirasla ərəb dilini öyrənməyə başlayır, sonunda mətni mükəmməl şəkildə oxuyacaq hala gəlir. Fəqət bir nöqtədən sonra kitab Çin dilində davam edirmiş, sonra da başqa dillər gəlirmiş. Gənc adam əzmlə və səbirlə bunların hamısının öhdəsindən gəlir. Bu arada yaşamaq üçün lazım olan pulu da öyrənmiş olduğu dillərdən təmin etməyi bacarır və bir müddət sonra paytaxtın ən yaxşı tərcüməçilərindən biri olaraq tanınır. Beləliklə bir zaman sonra həyatı qaydasına düşməyə başlayır. Bir çox dildə yazılmış olan bir çox səhifədən sonra kitabda bu xəzinənin necə idarə edilməsi gərəkdiyinə dair təlimatlar varmış. Gənc adam istəkli bir şəkildə iqtisad və ticarəti öyrənir, ayrıca xəzinəni bir dəfə ələ keçirdikdən sonra aldadılmalara məruz qalmamaq üçün qiymətli metalların və ləl-cəvahiratların, daşınan və daşınmaz əşyaların dəyərlərini təyin etməyi də öyrənir. Bu arada daha yaxşı bir həyat qurmaq üçün öyrəndiklərini tətbiq də etməyə başlayır. Hətta onun çox dil bilən və maliyyədən yaxşı anlayan biri olaraq şöhrəti saraya, hətta krala qədər çatır. Ona öncələr bəzi kiçik vəzifələr təqdim edən kral sonunda onu krallıqda yüksək vəzifəyə təyin edir. Gənc kitabın sonuna doğru yaxınlaşdıqca texniki mövzular başlayır. Böyük qapı necə inşa edilir, böyük daş kütlələri necə çıxardılır, yol inşası zamanı yolları sahmanlamaq üçün dolanbaclı yerlər necə doldurulur və buna bənzər məsələlər izah edilirmiş. Bu sirrini əsla bir kimsə ilə paylaşmayı düşünməyən və dolayısıyla heç kimsədən yardım almayan o dul qadının oğlu beləliklə bilikli və sayılan bir adam olur. Daha sonra mühəndislik və şəhər planlamasını öyrənir. Çünki başqa cür kitabı oxumaq mümkün deyilmiş. Nəhayət, mədəniyyəti çox təqdir edən kral onu vəkili və sarayın memarı təyin edir və sonunda vəzirliyə kimi yüksəldir. Gerçəkdən bütün krallıqda artıq onun qədər elmli, Xəzinə Kitabını oxuyacaq qədər qabiliyyətli bir adam yox imiş. Artıq son səhifəyə gəlir və bu son səhifəni oxuyacağı gün artıq kralın qızı ilə toy günü imiş. Gənc ən son səhifəni çevirib bu son cümləni oxuyur: "Bilmək ən böyük xəzinədir!" P.S : Məncə əlavəyə ehtiyac yoxdur. Gerçəkdən də elm, bilgi, bilmək ən böyük xəzinədir!
Posted on: Sun, 01 Sep 2013 13:14:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015