Gözləntilərin əksinə olaraq, seçki sonrası hökm - TopicsExpress



          

Gözləntilərin əksinə olaraq, seçki sonrası hökm sürməkdə olan və əslində sükunət kimi görünən indiki vəziyyət ölkə siyasətinin nəfəsini içinə çəkməsinə bənzəyir. Əslində nə baş verir?: - Zənnimcə Cəmil bəy Həsənlinin seçkisonrası beynəlxalq səviyyədə aparmış olduğu danışıqlardan sonra, ölkə müxalifəti taym-aut götürməyi məqbul saymışdır. Çünki, 9 oktyabr seçkisi-ndə öz iqtidarını donor seçicilərin hesabına əlində saxlayarkən beynəlxalq və ölkədaxili camiyyə qarşısında ifşa olunmuş hakimiyyətin özünü doğrultmaq və bütövlükdə itirilmiş etibarını geri qaytarmaq kimi prioritetləri yaranmışdır. Bunu qarşıdan gələn bələdiyyə seçkilərində etməklə bəraət qazanmağın mümkünsüzlüyü mübaliğəsizdir. Aydındır ki, itirilmiş etibarın bədəli olaraq daha ciddi qurbanlar vermək gərəkir... Hesab edirəm ki, Cəmil Həsənlinin yüksək mənəviyyatından irəli gələn barışdırıcı potensialı, ölkənin iqtidarlı-müxalifətli əsas və aparıcı siyasi elitasını bir araya gətirə biləcəkdir. Aparılacaq konstruktiv dialoqun nəticəsi olaraq, növbəti ilin büdcə müzakirələrindən sonra, demokratiyaya yumşaq keçid anlamında parlament özünü buraxacaq və demokratik seçki yolu ilə yenidən formalaşdırılacaqdır! (P.S. Əks təqdirdə etibarını itirmişlərin səmimiyyətinə kimsə inanmaz. Etibarını itirənlərsə təkcə iqtidar deyil, bütövlükdə Bizik - Azərbaycan Xalqı!)
Posted on: Mon, 04 Nov 2013 09:17:45 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015