Günün qoroskopu (06.10.2013) Qoç - Ənənəvi nikbinliyinizə - TopicsExpress



          

Günün qoroskopu (06.10.2013) Qoç - Ənənəvi nikbinliyinizə xilaf çıxmayın. Xırda məsələlərə görə əhvalınızı pozmayın. Başqa gün əsla fikir verməyəcəyiniz məsələləri ürəyinizə salmayın. Sevdiyiniz insanla təmaslar zamanı emosiyalara qapılmayın. Yaxın ətrafınızdakı insanlar üçün qəfil sentimentallığınız gözlənilməzdir. Bu səbəbdən də onlar ilk baxışdan normal sözlərə belə sərt reaksiya verməyinizi anlamırlar. Günün ikinci yarısında hər deyilənə inanmayın. Bədxahlar və rəqiblər sizi aldatmaq istəyəcəklər. İllüziyalar və arzulara qapılmayın, olaylara real baxın. Praqmatik olsanız, gün yaxşı başa çatacaq. Buğa - Narahat və qeyri-rəvan gündür. Səhər saatlarında işlər yaxşı olsa da, sonradan axar dəyişir. Kiçik problemlər əhvalı korlayır. Bahalı və mürəkkəb texnikanın sıradan çıxması, dəyərli əşyanın itirilməsi riski var. Səliqəli və diqqətli olun. Gərginliyə qapılmayın. Stress, təbii ki, emosional və fiziki vəziyyətinizə mənfi təsir edir. İstirahət etməyə, dincəlməyə vaxt tapın. Günün ikinci yarısında maliyyə fonu əlverişli deyil. Bədxərclik etməyin. Yalnız qaçılmaz zərurət yarananda borc götürün. Qəflətən sərtləşən məişət problemləri işdə müəyyən məsələnin həllinə mane olacaq. Əkizlər - Sağlam məntiqlə davranın. Ani istəklərə və niyyətlərə uymayın. Belə olarsa, gün ərzində yaşanan olaylardan zərər çəkmək əvəzinə, faydalanacaqsınız. Nəyin bahasına olursa-olsun məqsədə çatmaq istəyi ciddi problemlər yarala bilər. Addımlarınızın mümkün fəsadları barədə düşünün. Alış-verişdə yalnız planlaşdırılmış nəsnələr alın. Günün ikinci yarısında ədalətli və sayıq olun. İşdə rəhbərliklə həmkarlar sizdən aşkarlıq gözləyirlər. Üsyançı əhvalda, qiyamçı istəklərdə olmayın. Nə uğrunda mübarizə apardığınızı tam anlamasanız da, inqilabçılıq etməkdən xoşlanmayın. Xərçəng - Maliyyə məsələlərinin həlli üçün yetərincə əlverişli gündür. İşgüzar fəaliyyətinizi aktivləşdirin. Heç nəyi nəzərdən qaçırmayın, riskləri dürüst qiymətləndirin. Başladığınız işlərdə uğura nail ola bilərsiniz. Bunun üçün əvvəlcədən bəlirlənmiş plana riayət edin. Məsləhətlər verərək ətrafınızdakı insanları usandırmayın. Adətən hansısa iş alınmayanda məhz məsləhət verən insanı suçlayırlar. Günün ikinci yarısında alış-veriş etmək olar. Məişət qayğıları yaxınlarınızla mübahisələrə səbəb ola bilər. Xırda məsələlərə görə əhvalınızı pozmayın. Axşam saatlarında yaxşı xəbərlər alacaqsınız. Şir - Təmkini qorumaq, səbrli davranmaq çətindir. Etibar etdiyiniz insanlardan biri xəyant edə bilər. Diqqətli və sayıq olun. İllüziyalara, boş vədlərə, yalan sözlərə aldanmayın. Qısamüddətli meditasiya köməyinizə çata bilər. Günün ikinci yarısında işgüzar məsələlərin həllində realist olun. Hansısa işin öz-özünə yoluna düşəcəyini, həllini tapacağını düşünüb ətalətli, süst, laqeyd olmayın. Bu yaxınlaradək bədxahlarınızı dəstəkləyən insanlardan biri qəflətən müttəfiqinizə çevrilə bilər. Qız - Situasiya ümumən əlverişli olsa da, çoxsaylı kiçik problemlər əhvalınızı poza bilər. Əsas məsələni ikinci dərəcəli işlərdən ayırın. Bütün diqqəti ciddi işlərə yönəldin. Sizə yardım edilib-edilməməsindən asılı olmayaraq işlərin öhdəsindən gəlməyə çalışın. İşgüzar təmaslar diqqət və sayıqlıq tələb edir. İndiyədək dəfələrlə uğurla əməkdaşlıq etdiyiniz insanlara inana bilərsiniz. Sənədləri, ilk növbədə işlə bağlı kağızları imzalamağa tələsməyin. Günün ikinci yarısında şəxsi münasibətlər harmonikdir. Yaxşı əhvalda olmasanız belə, yaxınlarınızı incitməyin, onların əhvalını pozmayın. Ailəvi istirahət, sevdiyiniz insanlarla ünsiyyət üçün əlverişli zamandır. Tərəzi - Problemləri sürətlə həll etmək olar. Bunun üçün səy göstərməlisiniz. Nəticə pis olmayacaq və şikayətçi qalmayacaqsınız. Ənənələrə riayət etmək, sınanmış yollarla getmək istəyən insanlar sizə can atırlar. Düşüncə və davranışınızın orijinallığı o insanların xoşuna gəlir. Günün ikinci yarısında yeni işə və ya layihəyə başlamağa tələsməyin. Sizə əsla uyğun olmayan insanın sözlərinə inanmayın. Maliyyə fonu əlverişlidir. Gəlirlər istisna deyil. Yaxınlarınıza yardım edin, onları hədiyyələrlə sevindirin. Səfər və ya səyahəti plandaşdırmaq olar. Axşam saatlarında normal istirahət edin. Əqrəb - Müsbət təmayüllərin təsiri güclüdür. Neqativ emosiyaların təsirinə uyaraq mənfi təmayüllərin qüvvəsini artırmayın. Bilik, informasiya və təcrübə əldə etmək üçün əlverişli gündür. Təcrübəli insanlarla ünsiyyətdə olun. Yeni və faydalı tanışlıqlar istisna deyil. İşdə sizi xoş xəbər gözləyir. Günün ikinci yarısında intellektual potensialınız yüksək olacaq. Çətin məsələlərin həllini tapacaq, mürəkkəb situasiyaların həllinə nail olacaqsınız. Gəlirlərinizi artıra biləcək qərar qəbulunda tələskənliyə yol verməyin. Potensial müştəridən sərfəli sifariş qəbul edə bilərsiniz. Oxatan - Günün ilk yarısında mühüm qərarlar qəbul etməyin. Bu sakit, rəvan zaman cari işlərin görülməsi, işdə və evdə qayda yaratmaq, təşkilati işləri həll etmək üçün əlverişlidir. İşdə həmkarlarınızla dil tapın, rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirin. Buna rəğmən, mövcud durumda müstəsna uğurlardan və nailiyyətlərdən danışmağa dəyməz. Günün ikinci yarısında şəxsi problemləri həll etmək, sizə əziz insanla münasibətləri nizamlamaq imkanları var. Birgə gələcəklə bağlı məsələləri müzakirə edin. Oğlaq - Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Ağır və məşəqqətli iş perspektivi belə, sizi çəkindirməməlidir. Yaxın ətrafınızdakı insanların öz problemlərinin çözümünü sizə həvalə etmələrinə imkan verməyin. Sizin hesabınıza işlərini həll etmək istəyənlərin sayı az deyil. İşgüzar görüşlər yaxşı nəticə verəcək. Seminar, konfrans və ya toplantıda iştirakda fayda var. Alış-verişdə pul xərcləmək istəyi çox güclü olsa da, hisslərinizə hakim olun. Gözəl, amma gərəksiz əşya almayın. Qənaətlə davranın, bədxərclik etməyin. Axşam saatlarında aktiv istirahət edin. Dolça - Yaşanan olaylarda yaranan problemlərə həddən artıq ciddi yanaşmayın. İndi sizə fəlakət təsiri bağışlayan məsələ əslində diqqətə layiq deyil. Ruhdan düşməyin, pərişanlığa qapılmayın. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə qulaq asın. Mühüm qərarları təkbaşına qəbul etməyin. Etibar etdiyiniz insanlarla məsləhətləşin. Günün ikinci yarısında bütün məsələləri vaxtında həll etmək mümkün deyil. Sinirlənməyin, təmkinli davranın. Gəlirlər istisna deyil. Alış-verişdə çoxdan arzuladığınız əşyanı ala bilərsiniz. Balıqlar - Əsəbi, gərgin, uğursuz gündür. Emosional fon həddən artıq qeyri-stabildir. Əhvalınız sürətlə dəyişir. Yaxın ətrafınızdakı insanlar sizinlə necə danışacaqlarını bilmirlər. Çox kiçik, mənasız səbəblərdən münaqişələr yaranır. Tənqidə qıcıqlanır, sərt reaksiya verirsiniz. Günün ortalarında işgüzar tərəfdaşla münasibətlərdə sərinlik yarana bilər. Kompromis zəruridir. Bunu anlayır, amma güzəştə getmək istəmirsiniz. Köhnə müttəfiqi itirmək, problemlərlə baş-başa qalmaq təhlükəsi var. Alış-verişə tələsməyin. Faydasız, gərəksiz əşyalar ala bilərsiniz. fidan
Posted on: Sun, 06 Oct 2013 07:22:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015