Nüsrət Kəsəmənli DOSTUM Gəl, məni dost kimi dindir, - TopicsExpress



          

Nüsrət Kəsəmənli DOSTUM Gəl, məni dost kimi dindir, danışdır. Dost bilsin qıraqdan camaat bizi. Mən deyim: dostumdur, sən de: tanışdır, Hamıdan gizlədək sevdiyimizi. Danışaq, gülüşək, gəzək yan-yana Onda adımıza söz də deyilməz. Gizli görüşümüz çıxsa meydana, Deyək ki, dost dostla görüşə bilməz? Yalandan bir oğlan şəkili gətir, Heç kim bilməsin ki, sevgiliyik biz. İstəsən arada qoluma da gir, Burda pis nə var ki, dost deyilik biz? Zəng elə danışaq dərsdən-filandan, Anana denən ki, bir yoldaşımdı. Qoy hamı «dost» bilsin bizi hər zaman, Denən ki, heç mənim sevən yaşımdı… Bu yolla gizlədək gəl sevgimizi, Camaat «dost» bilsin, anansa yoldaş… «Dost»luğa bükərək həsrətimizi, Bir azcıq sevinək gəl yavaş-yavaş. «Dost»luqla böyüsün məhəbbətimiz, Qoy daha olmasın həsrət, göz yaşı… Gəl, əvvəl həyatda yoldaş olaq biz, Sonrasa olarıq həyat yoldaşı…
Posted on: Sat, 28 Sep 2013 11:50:42 +0000

Trending Topics



"stbody" style="min-height:30px;">
El Tapirazo de Efrain Orantes Abadia nos cuenta sobre la
I thought of my mother and wrote something for
So we start the day anew..... The Keeneland Sale begins its
Time nor tide wait for no man. Anonymous Whatever you want to
Certified Nursing Assistants no doubt find their work very
AMIGOS LEIAM COM ATENÇÃO VIA TELEXFREE-ACRE Leiam e entendam
Il est 20h...mais on est mardi, soit à 24h du lancement de la

Recently Viewed Topics




© 2015