Paxıllığın 2 mənası. Həyatda hansı mənada paxıl olmaq - TopicsExpress



          

Paxıllığın 2 mənası. Həyatda hansı mənada paxıl olmaq olar? Paxıllıq iki mənada olur: ümumi və xüsusi mənada. Ümimi mənada olan qibtə deyəndə bəşərin demək olar ki, bütün fəaliyyətlərinin stimulu nəzərdə tutulur. Xüsusi paxıllıq isə başqalarını onlara məxsus olan nemətlərdən mərhum etməyə çalışmaqdır ki, bu bəyənilməyən bir əməldir. Başqalarını Allahın onlara verdiyi nemətdən məhrum etmək və onları bəsbəxt etmək üçün çalışan insanlar – paxıl insanlardır. Ancaq bizim mövzumuz qibtədir. Əgər qibtə olmasaydı, bəşər inkişaf etməzdi və bəşərin fəaliyyət göstərməsi üçün stimul olmazdı. Məsələn sinifdə oxuyan şagird ancaq o zaman yüksək qiymət almaq istəyir ki, özünü sinifin əlaçısı ilə müqayisə edər. Ona çatmaq üçün daha çox çalışmağa və səy etməyə başlayar ki, bu da onun inkişaf etməsinə gətirib çıxarar. Ona görə deyə bilərik ki, qibtə bəşəri inkişaf etdirər, ancaq əgər mənfi tərəflərə meyl etməsə. Yəni heç bir zaman başqalarına verilən nemətlərə görə qəmgin olmamalıyıq və əgər bu hissi özümüzdə hiss etsək, tez bir zamanda Allaha pənah aparmalıyıq. Dua etməklə qəlbimizi tənbeh etmiş olarıq. Qibtə bəşərə məxsus hisslərdən biridir. Qeyrət, övladını sevmək kimi hisslər heyvanda da vardır. Əgər heyvanların dişisinə hücum edilsə, erkək onu müdafiə edər. Ancaq qibtə insana aiddir. Allah insanı bu cür yaratmışdır. Onun bu qüvvənin köməyi ilə inkişaf etməsini istəmişdir. Uşaqların ictiami inkişaf etməsində ən böyük amillərdən biri – qibtədir. Qibtənin başqa bir tərifi – müsbət rəqabətdir. Bu zaman şəxs qarşı tərəfin nemət və səadətini görəndə heç bir pis fikir olmadan onun kimi olmaq istəyir. Əslində paxıllıq və qibtə bir hissdir. Ancaq cəhətləri fərqlidir. Paxıl insan başqalarının qurduqlarını dağıtmaq istəyir. Ancaq qibtə edən şəxs isə həmin insana baxıb, necə onun kimi olmaq üçün yollar axtarar. Məsələn, əgər o insan arıqdırsa, idman edər və pəhriz saxlayar. Ona görə də qibtə – Allahın bizə verdiyi gözəl hissdir. Bu hissin köməyi ilə bəşər tərəqqi edir və insan kamala çatır. /Deyerler.org/ Mesume.
Posted on: Mon, 04 Nov 2013 15:42:32 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015