Profilə şəkil qoymaq məsələsi. Bismilləh. - TopicsExpress



          

Profilə şəkil qoymaq məsələsi. Bismilləh. Əl-həmdülillah. Vas-Salatu vas-Salamu Ala Rasulullah. Sonra. Son vaxtlar istər mənim, istər islam alimlərinin, istərsə də nüfuzlu insnaların, istər facebookda, istərsə də başqa sosial şəbəkələrdə fotoaparatla çəkilmiş şəkilləri görüntülənir. Bununla bağlı bəzən özlərini nəsihətçi kimi təqdim edənlər çıxaraq şəxsi mesajlara nəsihət adı altında təhqiredici sözlər yazanlar da tapılır. Şəkil haramdır, sən də haramla məşğul olaraq şəkilini bura qoymusan, özün də din alimisən və s. İslam dinində əllə çəkilən şəkillərin haram olması səhih hədislərlə bizə varid olmuşdur. Alimlərin də əllə çəkilən şəkillərin haram olması barəsində sözləri var. Ancaq fotoaparatla çəkilən şəkillərin haram olması müasir dövrümüzdə bəzi suallar doğurur. Çünki müasir dövrümüzdə fotoaparatlarla çəkilən şəkillər artıq zəruri ehtiyac doğuracaq həddə çatmışdır. Xüsusi ilə nəzərə alsaq ki, müasir dövrümüzdə şəkilin, videonun islamın təbliğində də rolu qaçınılmazdır. Mən haramı halallaşdırmaq qədər həddi aşmayaraq zəruri ehtiyaclardan dolayı fotoaparatla şəkilin sənəd üçün, ictimaiyyət üçün, kütləvi informasiya vasitələri üçün, təhlükəsizlik üçün, insanların səni üzdə tanımaları üçün çəkilməsinin müasir dövrümüz üçün vacib olduğu qənaətindəyəm. Bununla bağlı olaraq təfsir alimi olan Sədinin Qurani Kərim təfsirini Azərbaycan dilinə çevirən Fərahim Qurbanovun (Fərahim Sələfi), bu məsələ ilə bağlı bizim hamımızın böyük hörmət bəslədiyimiz Mədinə Beynəlxalq Universitetinin görkəmli məzunu, dəyərli elm tələbəmiz, Quran hafizi, Allah Rəsulun sünnəsini, həyat yolunu gözəl elmi dəlillərlə bilən Useyd Turabovun şəkil çəkdirib profilinə qoyan müsəlman qardaşlarımıza fasiq deməsinə münasibət bildirmək üçün mənə yazdığı məktubu da sizin diqqətinizə çatdırıram. Fərahim Sələfi: "Salam, Əkrəm qardaş! Dünənki gündə də ortaya bir "yenilik" atdılar. Profillərdə fotoşəkillərin qoyulmaması. Mən bundan ötrü iki gecəni bu barədə ola biləcək naslara həsr etdim. Quranda müvafiq ayə yoxdur. Ayələr (6 ədəd) Allahın insanları şəkilləndirməsindən gedir. Hədislərdə isə rəssamlardan və çəkdikləri şəkillərdən, habelə evdə itin, insan surətinin, şəkillərinin olmasının çirkinliyindən gedir. Fotoaparat və digər texniki vasitələrlə fotoşəkil çəkdirilməsindən bəhs edilmir. Bəziləri deyə bilər ki, o dövrdə fotoaparat yox idi. Bu islam düşüncəsi deyil! Çünki Allah gələcəkdə nəyin bu sahədə qadağan olacağını deyərdi (necə ki, başqa daha ecazkar möcüzələri o vaxt ehtiyac olmadığı halda Quranda göstərmişdir ki, zaman keçdikcə insanlar bilsinlər. Təbii ki, əsas məsələ əllə bir insanın başqa bir insanın və ya canlı məxluqun şəklini çəkmədən gedir. Bu aktual olmayan məsələ Useyd Turabov qardaşın "fitvası" kimi qəbul edilməlidir. Hörmətli qardaş savadlıdır, müxtəlif məsələlrdə cəsarətli cavablar verir. Amma bu şəkil məsələsində heç bir dəlilə istinad etmir. Əllə şəkil çəkmə bir şeydir, Allahın ixtiraçıya təlqin etdiyi fotoaparatla şəkil çəkdirmək başqa şeydir. Burada indicə yadıma düşən odur ki, axı hədislərdə söhbət şəkil çəkdirəndən deyil, şəkil çəkəndən gedir!!! Bu isə mühüm məqamdır. Biri mənim şəklimi gizlicə çəkdi və vurdu ürəyi istədiyi yerdə... Mən günahkarmı olacağam. Əlbəttə ki, yox! Digər tərəfdən milyardlarla insanların şəxsi sənədlərində, digər saysız-hesabsız işlərdə, sistemlərdə şəkli olmasaydı, bu necə ola bilərdi? Məhz bu problem, ehtiyac yarandıqda Allah tərəfindən insanlardan birinə təlqin edir, insan da onu, öz tapıntısı kimi "ixtira" edir. Əgər bizim qardaşların bildirdiyi kimi olsaydı, hədislərdə mütləq gələcəkdə belə fəsadın yaranacağına işarə edilərdi. Mən aşağıda Feysbuka yazmaq istədiyim qeydlərimi də lavə edirəm. Vaxtın olsa dəyərləndir və yay: 1-Mən sübh namazını və zikirlərini bitirdikdən sonra Useyd Turabov qardaşın bu mouzəsini diqqətlə dinlədim. Qardaşın dediklərinin təfərrüatına və incəliklərinə toxunmadan bildirməyi özümə borc bilirəm ki, fitva formasında bəyan etdiyi "sosial şəbəkələrdə profil şəkillərinin qoyulmaması video-materialında o, demək olar ki, dəlilə istinad etmir. Mən onun "fitvasının" dəlilsizliyinə təəccübləndim və fotoşəklin və ya hər hansı şəklin nümayişinin qadağan olması barədə bir nass tapmaq istədim-1 2-Lakin Quranda belə naslara rast gəlmədim. Amma Quranda aşkar etdiyim "surət" haqqında ayələr oldu ki, bunların da sayı 6 ədəddir. İlk ayədə (3.6.) Allahın insanı rəhmlərdə şəkilləndirməsindən; (7.11)-də insana forma verməsindən; 40.64-də insana şəkil verməkdən və şəkillərini gözəlləşdirməkdən; 59.24-də Onun şəkilləndirən Allah olmasından; 64.3.-də şəkilləndirməkdən və şəkillərini gözəl yaratmaqdan; 82.8-də isə dilədiyi bir şəkildə parçalardan tərtib etməsindən bəhs edilmişdir. Digər hökmlər-2 3-tapmad. Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hədislərinə müraciət etdim. Onun (s.ə.s), Aişədən (Allah ondan razı olsun) rəvayət edilən hədisində, rəsimlər çəkilmiş pərdəni çəkib atamasından və Qiyamət günü Allahın yaratdığını təqlid edənlərin əzab çəkəcəyini bildirir-. Başqa bir hədisdə deyilir: "bütün rəssamlar Cəhənnəmdə olacaqlar (yəni canlıların şəklini çəkənlər). Diger bir hədisdə: "Mələklər, içində it, cünub və şəkillər olan evə girməzlər" deyilmişdir. Eyni şey-3 4- barədə digər ravilərdən gələn hədislər də vardır. Bunlar rəssamların çəkdikləri şəkillərdəndir. Lakin nə Allahın, nə də Elçisinin (ona Allahın salavatı və salamı olsun!) fotoaparatla və ya hər hansı texniki vasitə ilə çəkilən şəkillər barədə heş bir nass və onların zəruri hallarda istifadə edilməsinin qadağan edilməsi barədə bir hökm nazil edilməmişdir. Belə olduğu halda zəruri ehtiyac tələbini nəzərə almadan fotoşəklin qadağan olması məsələsini qoymaq çox mücərrəd bir məsələdir. 1) Bütün texniki nailiyyətləri, o cümlədən, fotoaparatı insanlara bəxş edən Allah olduğu halda, hansısa şərhçilər bunu haram olmasını necə iddia edə bilərlər? 2) Bu qadağaya riayət etməklə insanların idiyentikliyinin əsası olan fotoşəkli necə inkar etmək olar? 3) Onda saysız-hesabsız cinayətkarların cəzasızlığınımı şirnikləndirmək lazımdır? 4) Allahın hökm vermədiyinə, Peyğəmbərinin (s.ə.s) qadağan etmədiyinə kimin qadağa qoymaq haqqı ola bilər? Qeyd etdiklərim məsələnin bir tərəfidir. Digər tərəfi isə, qadaşın “fasiq” fitvası ilə bağlıdır... Fərahim Sələfi P. S. Kim bir muselmana fasiq, kafir deyerse, bu soz hemin muselmanda olmazsa ozune aid olmasi ehtimali boyukdur. Bu meselelerde ehtiyat vacibdir.
Posted on: Sat, 03 Aug 2013 11:13:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015