QAN QRUPLARI HAQQINDA MARAQLI MELUMAT I qan qrupu O (I - TopicsExpress



          

QAN QRUPLARI HAQQINDA MARAQLI MELUMAT I qan qrupu O (I qrup)- tipi «Ovçu». Çox qədim və əsas qan qrupudur ki, evalusiya prosesi nəticəsində bu qrupdan digər qruplar törənib. Hazırda dünya əhalisinin 33,5% -i bu qan qrupunun daşıyıcısıdır. Müsbət tərəfləri: - möhkəm həzm sistemi; - yaxşı immun sistemi; Zəif cəhətləri: - yeni yeməklərə və ətraf mühitin dəyişikliklərinə çətin adaptasiya olunur; - mədənin yüksək turşuluğu; - allergiya; Dietik məsləhət: yüksək proteinli yeməklərdən uzaq durun. Məsləhətdir: ət məhsulları (donuz ətindən başqa), balıq, meyvə-tərəvəz (turş olmasın), ananas Azaldın: yarma, büğda və un məmulatları. İçkilərdən: Yaxşıdır: yaşıl çay, ot çayları, itburnu, nanə, zəncəfil, cökə çiçəyi dəmləməsi; Neytraldır: pivə, qırmızı və ağ şərab, çobanyastığı, jenşen, sürvə (şalfey) Uzaq durun: kofe, tünd içkilər, aloe (əzvay) şirəsi. Çəkini nəzarətdə saxlamaq üçün: Menyudan çıxarın: təzə kələm, qarğıdalı, buğda, sitrus meyvələri, paxla, qənd, nişastalı yeməklər. Yaxşı kömək edir: dəniz bitkiləri, balıq, yodlaşdırılmış duz, ət, xüsusən də mal əti, qaraciyər, göyərti, brokkoli, qırmızı turp, B qrup vitaminləri. Fiziki hərəkət: intensiv hərəkətli idman növləri: aerobika, qaçış, üzgüçülük, xizəksürm II qan qrupu A (II) qrup- tipi «Torpaq adamı». Bu qan qrupu qədim insanların köçəri həyat tərzindən oturaq həyata keçidi dövründə yaranıb. Yer əhalisinin 37,8% -i bu tipə aiddir. Güclü cəhətləri: - yemək, pəhriz və ətraf mühit dəyişikliklərinə tez adaptasiya; - effektiv həzm sisteminə malik olmaq; Zəif cəhətləri: - həssas həzm traktı; - zəif immun sistemi, infeksiyalara dözümsüzlük; - yüksək dərəcədə oyanıq sinir sistemi; - şəkərli diabetə tutulma ehtimalı böyükdür. Dietik məsləhət: tam vegeterian qidalanmaya keçmək; Yaxşıdır: tərəvəz, yarma, bütün paxlalılar, meyvələrdən – portağal, narıngi, banan, kakos, ananas, balıq və dəniz məhsulları (yalnız kambala, siyənək, kürü istisna olmaqla). Azaldın: ət ( toyuq və hind toyuğu), süd məhsulları, buğda,istiot, dondurma, qənd, qarğıdalı yağı). Kömək edir: bitki yağlarından ( soya, zeytun), tərəvəz, ananas, B, C, E vitaminləri, jenşen, bitki çayları, pişikotu (valerian). Fiziki hərəkətlər: sakit templi və nəfəs hərəkətləri olan növlər, yoqa, tan-zi. III qan qrupu: B (III) qrup- tipi «Qəribə köçəri». Bu qan qrupu qədim dövrdə tayfa, nəsil yerdəyişmələri və məskunlaşması nəticəsində yaranıb. Dünya əhalisinin 20,6%-i bu qan qrupuna aiddir. Müsbət cəhətləri: - güclü immun sistemi; - yeməklərə yaxşı uyğunlaşma - balanslaşmış sinir sistemi. Zəif cəhətləri: - bir çox viruslara, iltihabi xəstəliklərə dözümü yoxdur. Dietik məsləhət: Qarışıq yeməklərdən və mürəkkəb dietalardan uzaq durun. Yaxşıdır: ət, ördək, qaz ətindən başqa bütün ət yeməkləri, balıq, süd məhsulları (turş, yağsız), yumurta, yarmalar, paxlalar, tərəvəz (qarğıdalı, pomidor, balqabaq, zeytun), meyvə. Uzaq durun: dəniz məhsulları, donuz əti. İçkilərdən: Məsləhətdir: yaşıl çay, ot çayları, çuğundur şirəsi, kələm şirəsi, üzüm şərabı. Uzaq olun: pomidor şirəsi, sodalı içkilər. Çəkini nəzarətdə saxlamaq üçün: Yeməyin: qarğıdalı, püstə, qarabaşaq (qreçka), pomidor, donuz əti, kolbasa. Kömək edir: yaşıl çay, yumurta, böyrək, mal əti, vitaminlər. Fiziki hərəkətlər: gəzmək, velosiped sürmək, tennis, üzgüçülük. IV qan qrupu AB (IV) qrup - tipi «Sirli tapmaca». Bu qrup 2 əks – A və B tipli qanın qarışması, evalusiyası nəticəsində yaranıb. Müsbət cəhətləri: - Ən gənc qan qrupudur. - Hissiyyatlı immun sistemi; - Həm A, həm də B qrupun müsbət tərəflərini özündə əks etdirir. Dietik məsləhət: əvvəlcədən hesablanmış və qarışıq pəhriz saxlaya bilər. Yaxşıdır: ət ( qoyun əti, dovşan, hind toyuğu), balıq ( dəniz bitkiləri istisna olmaqla), zeytun yağı, püstə, qoz-fındıq, yarma (qarğıdalı və qarabaşaqdan başqa), tərəvəz (istiotdan başqa), Azaltmalı: paxlaları İçkilərdən: Məsləhətdir: kofe, yaşıl çay, çobanyastığı çayı, itburnu. Olmaz: aloe şirəsi, cökə çiçəyi çayı. Çəkini nəzarətdə saxlamaq üçün: Kömək edir: balıq, göyərti, ananas, vitamin C, süd məhsulları. Uzaq durun: qırmızı ət, vetçina, bekon, qarabaşaq yarması, istiot, buğda, qarğıdalı. Beğen · · Paylaş
Posted on: Wed, 04 Dec 2013 06:00:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015