Sevdim, bağladım gözümü dünyaya. - TopicsExpress



          

Sevdim, bağladım gözümü dünyaya. Çəkdimpərdəni gözlərimə, nə doğan günəşi gördüm, nəçıxan ayı gördüm. Özüm üçün günəş, ay və ulduzlaryaratmağa başladım... Bəzən zəng etməyəndə mənə, gözlədim saatlarca,yəqin işin vardır deyə narahat belə etmədim səni.Zəng etdiyində isə sevincimdən bilmədim nə edim. Gün oldu ki, görüşümək istəmədiyini bilə- biləinadına gözlədim, çünki gələcəyini, məni təkqoymayacağını bilirdim. Amma gəldiyində səndənxoş bir söz eşidəcəyimi bilirdim. Dediyin hər bir şeyi etdim səbəbini soruşmadan,sonda qədrimi belə bilmədin, amma yenə də sənisevdiyim üçün səsimi belə çıxartmadım...Sənə görəhər şeyi oda atdım, hamıdan keçdim, hamınıqarşıma aldım, çünki mənim üçün hamı anlayışı sənidin. Gənclik arzularımı sən istəmirsən deyəreallaşdırmadım, sadəcə xəyal edərək yaşadımhəyatımı. Ümid etdim nə vaxtsa məni başadüşərsən deyə, amma sonda başa düşdüm ki, sənyalnız səni başa düşəcək insan axtarırsan buhəyatda. Məni incitdin, ağlatdın, özümü bədbəxt hiss etdim,amma bir dəfə də sənə niyə belə edirsən demədim– çünki məni sevdiyin üçün incitdiyinə inandırdımözümü. Bəzən ayrılaq deyirdin mənə, bir az zaman girsinaramıza, hər şeyi yaxşı fikirləşək deyirdin, mənbunu sadəcə səssiz qarşılamalı idim, çünki həmişəsən nə istədinsə o olmalı idi həyatımızda, ammabunu bilmirdin ki, mən istədiyim həyatı yaşamadımsənə görə, çünki bilirdim “istədiyim həyatı yaşamaq” üçün səndən ayrılmalı olacağımı. Mən azadlığımı, sərbəstliyimi sənə qurban verdim,sənin qoyduğun qaydalarla yaşadım, amma sondabaşa düşdüm ki, mən artıq qanadı sınmış birquşam, sənin qoyduğun qaydalar isə mənimyaralarımı sağaltmır, daha da qanadırdı. Və sonda ən çətin şeyi başa düşdüm, ömrümü biryalana həsr etmişəm, özümü yalanlarlaovundurmuşam, həyatımı böyük bir yalan üstündəqurmuşam, indi isə məni bu yalanlar beləovundurmur...İndi məni sadəcə incidən yaşayabilmədiyim xoşbəxtliklərdir.
Posted on: Mon, 28 Oct 2013 08:53:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015