Türk dövlətçilik ən-ənələri TÜRK KAQANLIQI BİLGİ - TopicsExpress



          

Türk dövlətçilik ən-ənələri TÜRK KAQANLIQI BİLGİ KİTABI III FƏSİL. DÖVLƏTÇİLİK TÖRƏMİZ, DİNİMİZ VƏ DASTANLARIMIZ Türklərin ən təqdirə layiq xüsusiyyətlərindən biri, qüvvətli bir təşkilatçılıq qabiliyyətinə sahib olmalarıdır. Yaşadıqları həyat tərzi onları azadlığa, istiqlala alışdırdığı üçün heç bir zaman dövlətsiz olmamışlar. Həqiqətən, Türklərin 6000 illik tarixlərində dövlətsiz qaldıqları yəni istiqlallarını itirdikləri bir dövrə rast gəlinməz. Dünyada ən azından daim bir vəya bir neçə Türk dövləti olmuşdur. Türklərdə istiqlala veridikləri dəyər tarixi mənbələrdədə qeyd edilmişdir. M.Ö 58-ci ildə cərəyan edən bir hadisə ötərisiylə, Çin elçinin çox güman Hohanye Kaqan dönəmində Türk Kaqanlıqının Keneşində söylənilən (çox güman Çiçi Kan söyləmiş) bir nitqi nəql edir: “Bizim üçün tabelik üz qızardandır. Atalarımızdan torpaqla birlikdə götürdüyümüz istiqlalımızı Çin ilə uzlaşmaq bahasına (dost olmaq xətrinə) fəda edə bilmərik. Mübarizə edəcək döyüşçülərimiz hələ mövcudkən dövlətimizi qorumalıyıq.” Orhun kitabələrində isə istiqlal əldən getdikdən sonrakı vəziyyət üçün: “Bəy olmağa layiq oğulun qul, xatun olmağa layiq qızın nökər” olduğundan şikayətlənən Bilgə Kaqan, Türk dövlət və istiqlalının davamına inancını bu sözlərlə ifadə etmişdir: “Yuxarıda gök çökmədikcə, altda yer delinmedikçe, Türk Budunununun İlini, adətini kim poza bilər.” İçtimai-sosial, siyasi-dövlət qurluşu Türk cəmiyyətinin təməli ailə idi. Evlənən qız və ya kişi, ailəsindən özlərinə düşən hissəsini götürərək ayrı ev qurardı. Ailənin başçısı adətən kişi olurdu. Ailəyə məxsus olan torpaq və ya ərazi Yurd adlanırdı. Ailədən sonrakı ən böyük ictimai birlik Soy (Uruk, Sülalə) idi. Soyun başında həmin soyda birləşən ailə başçılarının Keneşində seçilən Soy Bəyi dururdu. Soya məxsus torpaq vəya ərazi, soyun məskunlaşdığı yer Oymaq adlanırdı. Ailənin Soylarda birləşməsi təbii idi. Çün ki, Ailə qurulduqdan xeyli vaxt sonra həmin ailədən yeni Ailələr və bu yeni ailələrdəndə lap yeni Ailələr törəyirdi ki, köhnə Ailə özü artıq Soya, Soy birliyinin mərkəzinə çevrilmiş olurdu. Yeni törəyən Ailələrdə istər istəməz bu yeni soyun üzvləri olurdular. Lakin, Ailə birliyi olan Soyların mövcud olması hansısa ailənin heç bir soya daxil olmayaraq müstəqil yaşaya biləməsi anlamına gəlməzdi. Çün ki, bəzi hallarda bir ailənin üzvü olan iki qardaşın aralarındakı olan münaqişə nəticəsində qardaşın birinin öz ailəsi ilə birlikdə öz Soyundan ayrılaraq tək başına yaşaması vəya başqa bir Soya qoşulması hallarıda olurdu. İki və daha çox Soyların birliyinə isə Boy deyilərdi. Boyların başlarında, həmin boya daxil olan Soy Bəylərin (bəzi hallarda Ailə başçılarıda iştirak edərdi) iştirak etdiyi Keneşdə seçilən Boy Bəy olurdu. Boy Bəyi hər zaman bəlli bir soydan olan namizədlər arasından seçilərdi. Törəyə qarşı gəlmədikcə həmin Soy; Boyun iqtidarda olduğu Soyu olurdu. Əgər Törəyə qarşı gələrdisə iqtidardan məhrum edilərdi. Soy və Boylar siyasi birlik deyildi. Əsasən qan qohumluğuna görə formalaşırdı. Boy tərkibində olan Soyları, Soy isə tərkibində olan Ailələri idarə etmək üçün qurulan birlik idi. Boyun məskunlaşdığı yerə, Boya aid torpaq vəya əraziyə Oba deyilərdi. Soyların bir boyda birləşməsi təbii olaraq baş verirdi. Çünki, Soya daxil olan bir Ailələrdən yeni Ailələr və bu yeni Ailələrdən də lap yeni Ailələr törəyirdi ki, köhnə Ailə özü artıq Soya, Soy birliyinin mərkəzinə çevrilmiş olurdu. Beləliklə, Soya daxil olan Ailələrin özlərinin uzun zamandan sonra Soya çevrilməsi, onların daxil oldqları Soyu istər-istəməz Boya çevirirdi. Soyların bir Boy şəkilində birləşməsi mütləq və məcburi deyldi. Bəzi hallarda iki Soy arasında olan münaqişə nəticəsində Soylardan birinin öz Ailələri ilə birlikdə ayrılaraq tək başına yaşaması vəya başqa bir Boya qoşulması hallarıda olrdu. Hər halda yaşadıqları mühit, qoruna bilmək, yaşamlarını davam etdirə bilmək və qan qohumluqları, Soyların bir Boy ətrafında birləşməsinə səbəb olurdu. Boylar birləşərək siyasi bir-birlik halına gəlirdisə buna Bodun deyilərdi. Boy və soy əsasən qan qohumu olanlardan təşkil olunan içtimai ailə birliyi idisə, Bodun bir ərazidə yaşayan müxtəlif Boyların siyasi birliyi idi. Bodunu təşkil edən Boylar arasında qan qohumluğu olsada, Bodunun formalaşmasında qan qohumluğunun olması mütləq əsas təməl deyldi. Bodunun başına keçən kimsəyə Kan adı verilərdi. Kan Boy Bəylərindən (bəzən Soyların və Ailələrin nümayəndələrinində iştirak etdiyi) ibarət Keneşdə seçilirdi. Bodun Kanı hər zaman bəlli bir soydan olan namizədlər arasından seçilərdi. Törəyə qarşı gəlmədikcə həmin Soy Bodunun iqtidarda olduğu Soyu olurdu. Əgər Törəyə qarşı gələrdisə iqtidardan məhrum edilərdi. Bodunu, yəni Bodunda birləşən Boyları (yəni Soy və ailələri) idarə etmək (münasibətlərini tənzimləmək), dolandırmaq (iqtisadi təminatı yaratmaq) və qorumaq üçün mövcud olan siyasi təşkilat və bu siyasi qüvvənin əhatə etdiyi ərazi El adlanırdı. Əgər müqayisə etsək Bodun bu günkü millət, El isə bu günkü Dövlət (Ölkə, Vətən) anlayışlarının tam qarşılığı idi. Boyların bir Bodun ətrafında birləşməsi məcburi olmasada yaşadıqları mühit, qoruna bilmək, yaşamlarını davam etdirə bilmək vəya qan qohumluqları Soyların bir Boy ətrafında birləşməsinə səbəb olurdu. Lakin, bəzi hallarda Boylar arasında olan münaqişə nəticəsində Boylardan birinin öz Ailələri ilə birlikdə ayrılaraq tək başına yaşaması vəya başqa bir Buduna qoşulması hallarıda olrdu. Elləri öz ətrafında birləşdirən böyük bir dövlət isə böyük El-Kaqanlıq adlanırdı. Kaqanlıqın başında durana Kaqan deyilirdi və Bodun Kanlarının, Boy, Soy, və Ailə nümayəndələrinin iştirakı ilə keçirilən Keneşdə seçilirdi. Kaqan hər zaman bəlli bir soydan olan namizədlər arasından seçilərdi. Törəyə qarşı gəlmədikcə həmin Soy və gələcəkdə həmin soydan törəyən yeni Soy, iqtidarda olan Soyu olurdu. Əgər Törəyə qarşı gələrdisə iqtidardan məhrum edilərdi. Kaqanlıqı daha asan idarə etmək üçün Ellər əsasən iki mərkəzdə birləşirdilər ki, bu mərkəzlərin doğusuna Sağ El, Batısına Sol El adları verilirdi. Sağ El Kanı seçilmiş Kaqanın özü idisə o bütün Kaqanlıqın Kaqanı, Sol El Kanı isə Kaqana bağlı Kan (vəya kiçik Kaqan) olurdu. Bəzi vaxtlar Kaqan heç bir Elin (Sağ vəya sol) Kanı olmurdu. Kaqan dövlətin ümumi rəhbəri olurdu və böyük Kaqan adlanırdı. Sağ El və Batıda Sol El Kanı isə seçilmir, Kaqan tərəfindən təyin edilirdi. Bunlar seçilmiş Kaqanın nümayəndələri (Valiləri) hesab olunurdu. Bunlar bəzən orta Kaqan (Sağ Elin Kanı) və kiçik Kaqan (Sol El Kanı) adlanırdı. Kaqanlıq Avropalıların “İmperatorluq”, Farsların “Şahənşahlıq” anlayışı ilə eyni məna verir. Türk dövlətdə başçı vəzifəsinə “Tahu, Kaqan, Kan, Yabqu, İlteber” kimi müxtəlif adlar verilmişdir. Bu adlardan yalnız Kaqan adı Kaqanlıqın başında olana verilərdi. Digər adlar isə Elin başında olanlara və Kaqanlıqda müxtəlif sahəyə aid olan vəzifələr tutanlara verilirdi. Türklərdə hökmdarlıq əlamətləri “Taxt, Otaq, Tuq, Davul, Sorguç” kimi şeylər idi. Hökmdar tuğunun təpəsində, altından bir qurd başı olardı. Dövlətdə müxtəlif vəzifələri icra edən dövlət məmurları vardı. Keneş üzvləri, Buyruqlar (nazir, bakan), iç Buyruqlar (saray idarəsinə baxan nazirlər), İnanç, Tarkan, Apa, Boyla, Yula, Baqa, Ataman, Tudun, Yugruş, Külüg, Babacık və s. ünvanları daşıyan və heç biri varisliyə söykənməyən dövlət vəzifələrini qeyd etmək olar. Dövlətin xarici siyasət işlərini idarə edən məmuruna Tanqucu (Tangucı), Dövlət işlərində çalışan bəzi müşavirlərə, o zaman vali sayıla biləcək yeganə iki Sağ və Sol El başçılarına, bəzi Keneş üzvlərinə Kan, hökmdarların günümüzdə baş nazir vəziyyətindəki baş müşavirinə isə Ayqucu (Aygucu) deyilərdi. Hökmdar, yaradanın inayət və köməyinə məzhər olduğu müddətcə xalqına yaxşı baxar, onu zənginlik və ədalət içində yaşadardı. Törəyə görə bunu bacara bilməyən Kaqan yaradanın kutundan (qismətindən, istəyindən) məhrum olmuşdur. Buna görə ona qarşı müxalifətdə olmaq, onu dövlətin başçısı olmaqdan məhrum etmək və o bununla razı olmadığı halda ona qarşı üsyan etmək yasaya uyumlu sayılırdı. Kaqanlar dövlətin idarə edilməsində daim Bodun Kanlarından vəya Keneşə üzv seçilmiş “Böyük Bəy vəya Kan” adlanan şəxslərdən ibarət Keneşlə (Dövlət məclisi ilə) məsləhətləşərlər, onların razı olmadıqları işi çox vaxt, Törəyə uyğun olmayan işləri isə heç vaxt etməzdilər. Məsləhətləşmə zamanı Keneşdə hər kəs sözünü açıqca söyləyər, hətta hökmdarı da istədiyi kimi tənqid edə bilərdi. Çünki Keneş üzvləri əsl güclərini təmsil etdikləri, nümayəndəsi olduqları Boylardan, Bodunlardan alırdılar. Kaqanların idarə səlahiyyətiləri bəzi şərtlərlə tahdit edilmişdir. Bunların başında (ən əsas olanları) xalqı doyurmaq, geydirmək, yığmaq, çoxaltmaq və hüzura qovuşdurmaq gəlirdi. Kutadgu Biligdə Ulusun Kaqandan istəkləri “a) İqtisadi sabitlik, b) ədalətli qanun və c) asayişin qorunması” kimi qeyd edldikdən sonra “Ey hökmdar, sən xalqın bu haqqlarını ödə, sonra öz haqqını istə” əlavə edilir. Boy Bəylərinin həyat yoldaşlarına Bəyim, Kanların həyat yoldaşlarına Kanım, Kaqanların həyat yoldaşlarına isə Katun deyilərdi. Türk Kaqanları Bəzi vaxtlar Çinli vəya digər yad Ulusdan olan şahzadələrlə evlənsələrdə ilk həyat yoldaşları mütləq Türk qızı olmalı idi. Kaqanların oğulları və mənsub olduqları Soylardan olan namizədlər dövlət işlərinə alışmaq üçün təcrübəli dövlət adamlarının yanında yetişərlər, sonra dövlətin sağ və ya sol qanadına görəvli olardılar. Bunlar Kan, Şad, Tigin kimi ünvanlar verilərdi. Kan görəvinə əsasən tutduğu vəzifəyə görə, Şad və Tigində şahzadə olduğu üçün verilərdi. Bunlardan Şad adı yalnız vəlihəd şahzadəyə, yəni gələcəkdə Kaqanın yerinə keçməsi üçün Keneşdə namizədliyi təsdiq edilənə verilərdi. Dövlətçilik qaydaları və hüquq Türk adəti bu günki kimi yazılı qanunlar halında olmayıb, ənənə şəklində çox möhkəm olaraq öz yerini tapmışdı. Hər mövzuda adət və ənənələri, mərasimin nə olduğunu və necə keçirildiyini kiçiklər böyüklərdən öyrənərək həyata keçirərdilər. İstər Kaqanın başçılıq etdiyi yüksək siyasi məhkəmələrdə, istər hakimlərin idarə etdiyi normal məhkəmələrdə törəyə uyğun (yasaya) çıxardılan hökmləri həmin vaxt tətbiq olunardı. Adət və ənənəyə hökmdar da qarşı gələ bilməzdi. Törəyə qarşı çıxan Kaqanlar taxtlarından endirilər, hətta edam edilərdi. Türk yasaları olduqca sərt və qəti hökmlər ehtiva edərdi. Ancaq törə Türk cəmiyyətinin bel sümüyünü təşkil etdiyi üçün kimsə bu cəzaları haqsız və ədalətsiz görməzdi. Onsuz da zatən törənin daim doğru və ədalətli olanı əmr etdiyini hər kəs bəri başdan qəbul edərdi. Belə ki, Türk törəsi millətin yüz illik həyat təcrübəsindən süzülmüş yasalardan ibarət idi. Bu törələrin əsasını Tengri dininin təməlləri təşkil edirdi. Türk Kaqanlığının ordusu Digər tərəfdən ətrafları davamlı düşmənlə çevrili olan Türklərin rahat və təhlükəsiz ola bilmələri üçün intizamlı bir şəkildə qurulan birlik içində yaşamalı idilər. Beləliklə, Türk ölkələrində nizam və intizam təmin edən adət hər şeydən əvvəl gəlir idi. Türklərdə hər kəs döyüş sənətini bilər (mütləq öyrənməli) və lazım olduğunda dərhal öz Bəylərinin əmrində orduya qatılardı. Əsgərlik xidmətindən ötəri kimsə dövlətdən ödəniş almazdı. Oquz Kaqan zamanda Türk əsgəri təşkilat və idarəçiliyinin ilk nümunələri yarandı. Xalq ordusundan başqa nizami ordu yaradıldı. Osmanlılar zamanı daxil olmaq üzrə bütün tarix boyunca Türk təşkilatının baş qaidəsi olan sağ və sol ikili nizam Oquz Kaqan zamanında atalarımız tərəfindən qurulmuşdur. Türk ordusu, on min, min, yüz və on nəfər qruplar halında, onluq sistemə görə yaradılmışdı. Ən böyük əsgəri birlik 10000 nəfərlik qüvvət idi. Bu birliyə Türk Kaqanlığının Tabgaçlar, Göktürklər və Uyğurlar dönəmində “Tümen” adı verilmişdi. Tümenlər minlik, yüzlük, onluq qruplara ayrılar və bunların başına Minbaşı, Yüzbaşı, Onbaşı deyilən komutanlar təyin edilərdilər. Türk ordularının ən əhəmiyyətli xüsusiyyətlərindən biri də intizam idi. Döyüşdə bir əsgər, komandirdən gələn əmri əskiksiz yerinə yetirməkdən başqa bir şey düşünməzdi.
Posted on: Mon, 30 Dec 2013 18:31:25 +0000

Recently Viewed Topics




© 2015