Türkiyə millisi "DÇ-2014"ün seçmə mərhələsində - TopicsExpress



          

Türkiyə millisi "DÇ-2014"ün seçmə mərhələsində sentyabrın 10-u səfərdə oynayacağı Rumıniya ilə matça ciddi itkilərlə çıxa bilər. Qol.Az-ın qardaş ölkənin mətbuat orqanına istinadən verdiyi məlumata görə, dünən Andorra ilə qarşılaşmada (5:0) yığmadan Burak Yılmaz, Nuri Şahin və Ümid Bulut zədələnib. Onlar millinin bu günkü məşqinə bu səbəbdən iştirak edə bilməyib. Hər üç futbolçunun müayinəsinin davam etdirildiyi bildirilib. Qeyd edək ki, Rumıniya - Türkiyə matçı senyabrın 10-u Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Posted on: Sat, 07 Sep 2013 21:48:39 +0000

Recently Viewed Topics




© 2015