TƏNƏFFÜS ÜZVLƏRİNİN VƏRƏMİ Tənəffüs üzvləri - TopicsExpress



          

TƏNƏFFÜS ÜZVLƏRİNİN VƏRƏMİ Tənəffüs üzvləri vərəmi infeksion xəstəlik olub, zədələnmiş toxumalarda spesifik iltihab ocaqlarını əmələ gəlməsini və orqanizmin ümumi reaksiyası ilə xarekterizə olunur. bu cür xəstəlik uşaqlar, yeniyetmələr,qadınlar, nisbətən az kişilərdə- xüsusi ilə yaşlı dövrdə müşahidə olunur. Etialogiyası: Törədicisi mikobakterium -tuberkulyosisdir (MT).Əsas yoluxma mənbəyi xəstə insanlar və ev heyvanlarıdır.Yoluxma adətən aerogen yolla,xəstənin tənəffüs yolundan xaric olan hava ilə nəfəs aldıqda baş verir.Bundan əlavə xəstə heyvanın ,quşların südü,əti,yumurtası ilə də yoluxma baş verə bilir. Bu hallarda mikrob ağciyərlərin badamcıqlardan limfa və ya qan yolu ilə bağırsaqlardan keçə bilər. Patagenezi.Simptomlar.Klinik gedişi. Orqanizmə ilk dəfə nifuz edən mikrob limfogen,hematogen bronx ağciyər yolu ilə yayılır. Bu səbəbdən müxtəlif orqanlarda əsasəndə limfa düyünlərində və ağciyərlərdə tuberkulyoz qovuqları və böyük ocaqlar əmələ gəlir ki, onlar üçün epitelioid, nəhəng hüceyrələr və nekroz elementləri xarekterikdir. Subfebril tempratur,limfa düyünlərinin hiperplaziyası, mülayim limfopeniya ,leykositar formulada sola meylilik,EÇS və qan zərdabının zülal fraksiyalarında dəyişiklik müşahidə olunur. Orqanizmin müqaviməti kifayət qədər güclü olduqda və bakteriyanın miqdarı az olduqda ocaqlar və qovuqlar əriyir , çapıqlaşır lakin MT ocaqlarda qalmaqda davam edir. Dəyişikliklər çox zaman nəzərə çarpmır və ya digər xəstəliklərin təzahürləri altında maskalanır,yalnız diqqətli və ətraflı müayinə ilə aşkarlanır. İnfeksiyanın təsiri ilə və əlverişsiz şərtlər altında -qeyri-düzgün qidalanma,pis həyat şəraiti immun bialoji müqavimətin zəifləməsi nəticəsində I -li tuberkulyoz inkişaf edir. Köhnə ocaqlarda " canlı qalan MT əlverişsiz şəraitdə yenidən oyanıb çoxala bilir. Köhnə ocaqların ətrafında perifokal iltihab törənir,kapsulun bütövlüyü pozulur, törədicilər yenidən hematogen və limfogen yolla yayılır. Bu şəkildə IItuperkulyoz inkişaf edir. 1974-ci ilin klassikifisasiyasına əsasən tənəffüs orqanlarının tuperklyozuna aşağıdakı formalar ayırd olunur. 1. I-li tuperkulyoz 2. Döşdaxili limfa düyünlərinin tuperkulyozu 3. Ağciyərin yayılmış tuperkulyozu 4. Ağciyərin ocaqlı tuperkulyozu 5. Ağciyərin infiltrativ tuperkulyozu 6. Ağciyərin tuberkloması 7. Ağciyərin kavernoz tuperkulyozu 8. Ağciyərin fibroz - kavernoz tuperkulyozu 9. Ağciyərin serrotik tuperkulyozu 10. Tuperkulyoz plevriti 11. Yuxarı tənəffüs yollarının traxeya,bronxlarının tuperkulozu 12. Tənəffüs orqanlarının pnevmokoniozla kombinə olunmuş tuperkulyoz I-li tuberkulyoz : Ağciyərlərdə spesifik iltihab ocağın və regionar bronxo adenit təyin olunub bəzən xəstəlik gizli xarekter daşıyır. Çox zaman yarımkəskin başlanır,supfebril tempratur,tərləmə ,yorğunluq,quru öskürək, müşahidə olunur. Kəskin başladıqda qeyri -spesifik pnevmaniya şeklində yüksək qızdırma,öskürək, döş qəfəsində ağrılar bəzən təngnəfəslik,sola meyilli mülayim leykositoz,EÇS yüksəlməsi ilə təzahür edir. Daha massiv iltihab varsa perkutor səsin kütləşməsi,vezikulyar bronxial tənəffüs, kiçik qabarcıqlı yaş xırıltılar təyin olunur. Bəzi xəstələrdə limfotik düyünlər böyüyür. Ağciyərlər " çürüməyibsə" bəlğəmdə və bronxların yuyulma suyunda MT aşkar olunmur. Belə halda traxeobronxoskopiyada bronxlarda dəyişikliklər aşkar olunumur. Ağciyərlərdə kaverna formalaşdıqda və ya proses döş daxili limfa düyünlərinə yayıldıqda MT aşkar olunur. Hətta xoş gedişli proseslərdə müalicə tətbiq etdikdə belə sağalma prosesi yavaş gedir. Yalnız bir neçə ay bəzən isə bir iki il sonra inkapsulyasiya baş verir və qan ocağı formalaşır. Döş daxili limfa düyünlərinin tuperkulyozu : Tuperkulyozun geniş yayılmış formalarından biridir. Xəstəliyin klinik şəkli orqanimin reaktivliyində ,limfa düyünlərini zədələnmə dərəcəsindən asılıdır. Əgər perifokal iltihab olmadan kiçik ocaqlar yaranıbsa bu zaman proses gizli və ya çoxda nəzərə çarpmayan introksikasiya ilə gedir. Daha massiv infiltrasiyada isə yüksək qızdırma, ümumi halsızlıq, tərləmə ,əmək qabiliyyətinin aşağı düşməsi, oyanıqlığın artması quru öskürək xarekterikdir. Fiziki müayinədə döş daxili limfa düyünlərinin böyüməsini aşkar etmək çətindir. Bəzən kürək arası sahədə perkusiyada kütləşmə səsi, auskultasiyada quru,az hallarda kiçik qabarcıqlı yaş xırıltılar eşidilir.Qanda leykosit sayı normal və ya qismən sola meyillidir. EÇS yüksəkdir. MT nadirən aşkar olunur. Rentgenoqrammada köklərin genişlənməsi təyin olunur. İntoksikasiya simptomu uzun müddət qalır. Xəstəlik bronx keçiriciliyin pozulması,ağciyərin seqmentar və ya lobulyar atelektazı ilə ağırlaşa bilər. Limfatik düyündən MT tərkibli kazeos kütlənin bronx divarından keçməsi nəticəsində ağciyərin bazal və aşağı şöbəsində və digər şöbələrində tuberkolyoz ocaqları formalaşır belə hallarda bəlğəmdə və bronxların yuyulma suyunda bakteriya aşkar olunur. Payarası ,mediastinal plevritlə ağırlaşa bilər. Limfogen yolla yayılaraq digər orqanlarıda zədələyə bilər . Ağciyərin yayılmış tuberkulyozu : çox vaxt hemotogen mənşəlidir. Bakteriya mənbəyi ağciyərlərdə ,limfa düyünlərində və digər orqanlarda yeni əmələ gəlmiş və ya aktivləşmiş köhnə ocaqlardır. Proses I-li və II-li tuberkulyoz şəklində formalaşır. Buna əsasən miliar,orta və böyük ocaqlı sərhədli və ya yayılmış gedişinə görə isə kəskin ,yarım kəskin və xroniki formalara aid olunur. Miliar tuberkulyoz generalizə olunmuş formada bəzən ayrıca sahələrdə,ağciyərlərin ayrı -ayrı hissələrində lokalizə olunur.Tifoit,ağciyər və meningial formaları ayırd olunur. Əvvəlcə ümumi əzginlik ,subfebril tempratur baş ağrısı ortaya çıxır. Xəstənin vəziyyəti qəfil ağırlaşır Tempratur 39-40 0 -yə qədər yüksəlir. Tənginəfəslik, taxkardiya ,akrosianoz ortaya çıxır. Quru və kiçik qabarcıqlı yaş xırıltılar təyin olunur.Dalaq və qaraciyər bir qədər böyüyür. Leykopeniya və limfositoz sola meyilli mülayim leykositoz və limfopeniya ilə əvəz olunur. EÇS artır bəğəmdə MT təyin olunmur. Bu forma çox zaman yarımkəskin şəkildə təzahür edir. Bu fazada xəstəlik aşkar olunmadıqda xroniki hala keçır. Ocaqlar intersitsial skeleroz , emfizema formalaşır. Ocaqların dağılması ilə ayrıca kavernalar əmələ gəlir ki, bu da infksiyanın bronxogen yayılma mənbəyidir. Tənginəfəslik meydana çıxır,bəzən asmatik xarakter alır.MT tərkibli bəlğəm ifrazı ilə öskürək,qan hayxırma müşahidə olunur. Ürək damar sisteminin funksiyası pozulur. Tez-tez vegetativ funksiyaların zəifləməsi yuxunun pisləşməsi ,tərləmə, taxkardiya qeyd olunur. Ağciyərlərdə quru vıə yaş xırıltılar eşidilir. Prosesin kəskinləşməsi leykositoz ,eozinopeniya , limfopeniya ,monositoz ,EÇS-nın artması müşahidə olunur. Traxeobronxoskopiya zamanı bronxlarda dəyişiklik aşkar olunur. Rentgenoqrammada ağciyərdə müxtəlif ölçülü ocaqlar,emfizema kavernalar aşkar edilir. Ağciyərin ocaqlı tuperkulyozu I-li zədələnmə dövründə və ya köhnə ocaqların aktivləşmə zamanı ortaya çıxır. Öskürək yoxdur və ya qurudur. Bəzən selikli,irinli bəlğəm ifraz olunur. Limfositoz, çoxda nəzərə çarpmayan sola meyillilik təyin olunur. Rentgenoloji müayinədə körpücük altı sahədə ,zirvədə bəzən digər şöbələrdə kiçik və orta ölçülü ocaqlar aşkar olunur. Köhnə ocaqların aktivləşməsi zamanı ocaq ətrafında perifokal iltihab zonası yaranır. Ağciyərin infiltrativ tuperklyozu : Prosesin patomorfoloji substratı köhnə və yeni ocaqların ətrafında yaranmış eksudativ perifokal iltihab və intersitsial - skelerotik dəyişiklikləridir. İnkişafına şəkərli diabet ,qrip, qlikokotikoidlərlə müailicə səbəb olur.Adətən proses qrip,qızdırma,pnevmaniya şəklində başlanır ilk simptomlar qan hayxırma,ağciyər qanaxması ola bilər . Mülayim leykositoz, limfopeniya, EÇS- nin yüksəlməsi qeyd olunur. Bəlğəm və bronxların yuyulma suyunda MT aşkar olunur. Rentgenoqrammada böyük ocaqlar, oval, dairəvi kolgələr aşkar olunur. Tuperkuloma dairəvi formalı, ətraf toxumalardan xarici təbəqəsi ilə ayrılan , diametri 2 sm və daha çox olması ilə xarekterizə olunur. Patomorfoloji substratı müxtəlifdir.Bir neçə kiçik ocaqlar birləşib ümumi bir kapsul daxilində yerləşdikdə konqlomerat tuberkloma formalaşır. Tuberkloma çox zaman stabildir və uzun illər qala bilir. Bəzən isə tubekloma yumşalır , destruksiya edir, yayılır, ağciyərin müxtəlif şöbələrində ocaqlar yaradır. Klinikası xarakterindən və böyüklüyündən asılıdır. Stabil vəziyyətdə simptomlar nəzərə çarpmır. Kəskinləşdikdə isə bəlğəmli öskürək ,qan hayxırma ortaya çıxır. Ocaq yerləşən sahədə yaş xırıltılar eşidilir. Bəlğəmdə MT aşkar edilir. Limfopeniya sola meyillilik EÇS -in yüksəlməsi müşahidə olunur. Rentgenoloji müayinədə dəqiq konturlu ocaqlar,plevral bitişmələr və çapıqlar aşkar olunur. Ağciyərin kavernoz tuberkloması : Tuberkulyozun müxtəlif formalarının proqresivləşməsi zamanı ocaqların kazeoz yumşalması, boşluğun dağılması prosesi gedir. Əgər infiltrativ iltihab və ocaqlar "əriyərsə" ağciyərdə dağılmış boşluq qalarsa bu zaman kavernoz tuberkulyoz adlanır. Bu proses geniş yuberkulostatik müalicə ilə bağlı baş verir. Müalicə nəticəsində ocaqlar məhv olur, kiçilir, lakin tam sağalması baş verir. Simptomlar: Əgər kaverna kiçikdirsə dərində yerləşibsə ətrafında atelektaz yoxdursa dəyişiklik nəzərə çarpmır. Destruksiya dövründə retikulositoz, limfositlərin azalması sola meyillilik, neytrofilin patoloji dənəliyi, EÇS- in yüksəlməsi nəzərə çarpır. Rentgenoqrammada ağciyərin dəyişilməyən sahələrində dairəvi ,təzə və elastik kavernalar təyin olunur. Ağciyərin fibroz skelerotik dəyişikliyə uğramış sahələrdə qeyri düzgün konturlu kavernalar aşkar olunur. Ağciyərin fibroz kavernoz tuberkloması : Xəstəlik uzun müddətli və dalğalı gedişə malikdir. Kəskinləşmə zamanı öskürək,bəlğəm ifrazı,qan hayxırma, ağciyər qanaxması, müşahidə olunur. Xəstəliyin proqresivləşməsi zamanı oksidləşdirici proseslərin intensivliyi aşağı düşür,sinir endokrin sistemi müxtəlif şöbələrində dəyişikliklər əmələ gəlir,arterial hipotenziya,mədə şirəsinin sekresiyasının aşağı düşməsi təyin olunur. Bəlğəmdə MT aşkar olunur. Hemoqrammada,qan zərdabının zülal fraksiyalarında dəyişikliklər təyin olunur.Rentgenoloji müayinədə fibroz dəyişikliklər,kalsifikasiya ocaqları, kavernalar təyin olunur. Ağciyərin serrotik tuberkulyozu infiltrativ, yayılmış və fibroz-kavernoz tuberkulyoz nəticəsində fibroz- skerotik dəyişikliklər formalaşır. Bronxlar deformasiyalaşır,passiv plevral dəyişikliklər emfizema formalaşır. Xəstələr tənginəfəslik (bəzən asmotik xarekterli) bəlğəmli öskürək,periodik qab hayxırmadan şikayət edir. Perkutor səs kütləşir,xırıltılar eşidilir. ürək sərhədləri dəyişilir, tonlar karlaşır ,ağciyər arteriası üzərində ikinci tonun aksenti təyin olunur. Ağciyər ürəyinin inkişaf etməsi ilə ödemlər yaranır,qaraciyər böyüyür, assit əmələ gəlir.Kəskinləşmə zamanı bəlğəmdə MT aşkar olunur. Rentgenoloji müayinədə ağciyərin və ya payının kiçilməsi, sıxlaşması, aşkar olunur. Geri dönməz prosesdir. Tuberkulyoz plevriti: Plevranın toksik maddələlə, toxumanın parçalanma məhsulları ilə iltahablaşmasıdır. Eksudat seroz xarakterlidir.Vacib diaqnostik əlamət eksudatda MT aşkar olunmasıdır .Bakterioskopik müayinə nəticələri adətən mənfidir. MT çox zaman eksudatın əkilməsi ilə aşkar olunur. İrinli plevrit seroz eksudatın irinləməsi ilə ortaya çıxır. Plevranın empieması olan xəstələrdə irinli eksudatda MT 65 - 90% aşkar olunur. Yuxarı tənəffüs yollarının tuperkulyozu: Döş daxili limfa düyünlərinin və ağciyərin tuberkulyozunun ağırlaşması nəticəsində ortaya çıxan II -li prosesdir. Bronxların tuberkulyozu güçlü öskürək tutmaları döşdə ağrılar, boğulma,quru xırıltılar,atelektaz əmələ gəlməsi xarakterikdir.Simptomsuzda keçə bilir. Diaqnoz bronxoskopiyaya əsasən qoyulur. Nadirən qırtlaq tuperkulyozu əmələ gəlir. Boğazda quruluq,səsin buğuqluğu və qırtlaqda ağrı ilə təzahür edir. Larinqoskopiya ilə diaqnoz qoyulur. Traxeyanın tuperkuyozu nadirən rast gəlinir. Yüksək səsli, təyiqli öskürək, döşdə ağrı boğulma ilə özünü göstərir. Larinqotraxeo skopiya ilə təsdiqlənir.
Posted on: Fri, 30 Aug 2013 05:29:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015