Uzun illərdir Azərbaycanda müzakirə olunan ermənilərin bizə - TopicsExpress



          

Uzun illərdir Azərbaycanda müzakirə olunan ermənilərin bizə qəsbkarlığı mövzusunun cavabını sizə çözmək istəyirəm. Məlum məsələdir ki, tarixdə türkləri qırmaq üçün hər tarixi an fürsətini ermənilər heç vaxt qaçırtmayıblar. Bu kütləvi qırğınların sonuncusu isə SSRİ-nin dağılmasından sonra geosiyasi vəziyyətdə aləmin bir-birinə dəyməsindən ermənilər məharətlə istifadə edə bildilər. Bundan sonra həm Ermənistan, həm də Azərbaycan kütləvi qırğınlardan əl çəkmək və informasiya müharibəsinə start verərək özlərini sekulyar dövlət kimi göstərməyə başladılar. Heç də gizli deyil ki, ideoloji savad mübarizəsində azərbaycanlılar öz düşmənlərinə məğlub olur. Bilirsiniz niyə ? Çünki ermənilər öz xalqının ideoloji bazasının möhkəmləndirilməsi üçün elmi faktlarla dolu saytlar, bloglar və ən geniş yayılmış facebook səhifələri açdılar. Azərbaycanlılar isə ermənilərə qarşı özlərinin savad baxımından möhkəmləndirilməsi üçün yuxarıdakı tipli informasiya mənbələri açmaq əvəzinə, photoshop-la öz məharətlərini göstərdilər. Erməni prezidentini alçaldan şəkillər düzəltdilər və onları facebook-da yerləşdirərək "1 like" = "1 güllə" yazmaqla onsuz da bədbəxt olan savadlarını daha da alçaltdılar. Mən"Ermənilər barədə hər şey" səhifəsində elmi faktlar paylaşdığım bir dövrdə hansısa səhifənin yuxarıda dediyim formada şəkillər hazırlayaraq səhifələrində yerləşdirib məndən çox "like" yığması mənə bizim hələ erməniləri məğlub etməyimizə uzun illər var deməyə əsas verir. Mən like xəstəsi filan deyiləm. Sadəcə olaraq, demək istəyirəm ki, bu statistika bizim hələ ermənilərə çatmağımıza çox var deməyə əsas verir. Rehim Xoyski.
Posted on: Sat, 10 Aug 2013 22:43:42 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015