Xəbərlər çaşdırır (News misleads). Terrorizm həddən çox - TopicsExpress



          

Xəbərlər çaşdırır (News misleads). Terrorizm həddən çox şişirdildiyi halda büdcə xərclərinə layiqincə qiymət verilmir. Kosmonavtların fəaliyyəti çox şişirdildiyi halda müəllimlərin fəaliyyətinə layiqincə qiymət verilmir. Xəbərlər yersizdir/relevant deyil (News is irrelevant). Son bir ildə oxuduğunuz 10 min xəbərdən hansı sizin işinizə, karyeranıza güclü təsir göstərib? İnsanlar xəbərləri uyğun olduğu üçün deyil, yeni olduğu üçün istehlak edirlər. Xəbərlər anlatmır (News has no explanatory power). Xəbərlər dərin dünya dənizinin üzərindəki köpük kimidir. Tarixin vacib olayları jurnalistlərin görə bilmədiyi çox yavaş axarla gedərlər. Xəbərlər bədən üçün ziyanlıdır (News is toxic to your body). Xəbərlər beyindəki limbik sistemə (daxili orqanlar, instiknt, emosiyalar, yaddaş və yuxunu idarə edən) təsir edir. İsteriya doğuran hadisələr eşidən insanda stress harmonu (kortizol) ifraz olunur ki, bu da immun sistemini sıradan çıxarır və boyvermə harmonunu ifrazını məhdudlaşdırır. Xəbərlər təfəkkürə mane olur (News inhibits thinking). Təfəkkür diqqət tələb edir. Diqqət üçün isə davamlılıq lazımdı. İstənilən informasiyanın uzunmüddətli yaddaşımıza keçməsi üçün operativ yaddaşdan keçməsi gərəkir. Operativ yaddaş da xəbərlərlə dolu olduğundan başqa heç bir informasiyanı yadda saxlaya bilmirik. Xəbərlər narkotik kimidir (News works like a drug). Əgər xəbərin növbəti hissəsi varsa, biz onun necə bitəcəyini mərak edirik. Bununla da çox narahat oluruq, istənilən uzun mətn biz də qıcıq yaradır. Xəbərlər zamanımızı alır (News wastes time). Əgər hər səhər 15 dəq, naharda 15 dəq, yatmamışdan qabaq 15 dəq xəbərlərə ayırmaq həftə ərzində yarım günlük vaxt deməkdir. Dünyada informasiya qıtlığı yoxdu, amma diqqət qıtlığı var. Xəbərlər passivlik yaradır (News makes us passive). Demək olar ki, bütün xəbərlər bizim dəyişə bilmədiyimiz nəsnələrə aiddir. Biz bu xəbərləri istehlak etdikcə passivləşirik və ətrafımızda baş verənlərlə barışmalı oluruq. Elmdə buna “qazanılmış köməksizlik” ("learned helplessness") deyilir. Xəbərlər yaradıcılığı öldürür (News kills creativity) Biz nə qədər çox biləriksə, bir o qədər də yaradıcılığımız az olar. Elə buna görə də riyaziyyatçılar, yazarlar, bəstəkarlar və iş adamları ən yaradıcı uğurlarına gənc yaşlarında nail olurlar. İsveçrəli yazar və iş adamı Rolf Dobelli xəbərlərin həddən artıq istehlakı haqqında fikirləri idi bunlar, bəs siz nə düşünürsünüz?
Posted on: Sun, 25 Aug 2013 08:55:53 +0000

Recently Viewed Topics




© 2015