İslamda cahil. İmam Sadiq (ə) buyurur: «Cəhl və - TopicsExpress



          

İslamda cahil. İmam Sadiq (ə) buyurur: «Cəhl və nadanlığın bünövrəsi qədim dövrdən möhkəmlənmiş, bazarı rövnəq tapmış, dərin kök atmışdır». Cəhalət bazarının rövnəqlənməsinin səbəblərindən biri dinin oyuna çevrilməsidir. Hətta öz elmini Allaha yaxınlaşmaq üçün vasitə edənlərin də niyyəti ilahi olmamışdır. Həzrət (ə) bu insanları «ədalətsiz» adlandırır. Deyilənlərin aydınlaşması üçün bəzi nöqtələrə diqqət etməliyik. İmam (ə) «qədimdən cəhalətin bünövrəsi möhkəmlənmiş» buyurarkən nəyi nəzərdə tutur? Əgər cəhalət təbii hadisələrin məfhumunu bilməməkdirsə bunun dinlə nə əlaqəsi var? Hər bir millət ətraf aləmi öyrənmək üçün zəhmət çəkmiş, elm oxumuş, təcrübələr aparmış və bununla da öz cəhalətini müəyyən həddə aradan qaldırmışdır. Göründüyü kimi imam Sadiq (ə) dünyəvi elmlər sahəsindəki nadanlığı yox, insan xoşbəxtliyinin yeganə təminatçısı olan dini elmlərə münasibətdəki cəhaləti nəzərdə tutmuşdur. Bu elmlər peyğəmbərlərin gətirdiyi Allahıtanıma, insanın taleyi, axirət dünyası, düzgün yaşayış tərzi mövzularını əhatə edən biliklərdən ibarətdir. Bəşəriyyət üçün zəruri olan bu elmlərdir. Bu elmlərdən xəbərsiz insan dövrünün filosofu olsa belə, yenə də cahil hesab olunur. Quran baxımından əsl cəhalət budur!
Posted on: Mon, 02 Sep 2013 08:21:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015