Əsl insana xas olan gözəl, nəcib sifətlərdən biri sadəlik - TopicsExpress



          

Əsl insana xas olan gözəl, nəcib sifətlərdən biri sadəlik və təvazökarlıqdır. Sadə və təvazökar adamları hamı sevir və onlara hörmət edir. Belə adamlar heç vaxt özlərini başqalarından üstün tutmur, uğur və müvəffəqiyyətləri ilə, qazandıqları nailiyyətlərlə, göstərdikləri xidmətlərlə öyünmürlər. Əksinə, müvəffəqiyyətləri artdıqca onlar özlərini daha sadə aparır, qazandıqlarını az bilir və daha çox nailiyyət əldə etməyə çalışılar. Sadə və təvazökar adamlar hamı ilə mehriban və səmimi rəftar edir, daha çox gülərüz olurlar. Onlar heç kimin xətrinə dəymir, ən kobud adamlarla belə dil tapa bilirlər.
Posted on: Thu, 21 Nov 2013 07:16:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015