1.46 MILYON DOLLAR VER APAR QIZILDAN BENTLEY... Ötən həftə - TopicsExpress



          

1.46 MILYON DOLLAR VER APAR QIZILDAN BENTLEY... Ötən həftə Çində keçirilən 2013 Guangzhou Avtoşousunda Bentley özünün Mulsanne Four Seasons Edition Golden Pine xüsusi buraxılışını təqdim etdi. Qeyd edək ki, Bentley Mulsanne Four Seasons xüsusi buraxılışlarından biri olan Golden Pipe, ən cəlbedici modellərdən biridir. Standart Mulsanne modelinin bazasında hazırlanan Bentley Mulsanne Four Seasons Golden Pine Edition, dəbdəbəli qızılı eksteryer boyasına malikdir. Şam ağacının təsvir edildiyi salonda, alətlər paneli daxil olmaqla, bir neçə yerdə şam ağacı işləmələri mövcuddur. Əlavə dəyişikliklərə kapot üzərindəki 24 karatlıq Bentley ornamenti daxildir. Təəssüf ki, şirkət, avtomobil haqqında ətraflı məlumat açıqlamır. Qeyd edək ki, Bentley Mulsanne Four Seasons xüsusi buraxılışlarının hər birinin istehsalı 10 ədədlə məhdudlaşdırılacaq. Bentley Mulsanne Four Seasons Golden Pine Edition modelinin qiyməti 1 460 000 ABŞ dolları, digər dörd buraxılışın qiyməti isə 1 130 000 ABŞ dolları təşkil edəcək.
Posted on: Sat, 30 Nov 2013 12:15:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015