1897-ci ildə litsey tələbələri tərəfindən qurulan klub, - TopicsExpress



          

1897-ci ildə litsey tələbələri tərəfindən qurulan klub, 1926-ci ildə, Fiatın da sahibi olan Agnelli ailəsinin nəzarətinə keçmişdir. 1931-ci ildən başlayaraq, 5 il üst-üstə çempionluq əldə etmişdir. Əfsanəvi Gaetano Scirea, Dino Zoff, Michel Platini, Antonio Cabrini, Marco Tardelli, Paolo Rossi, Zbigniew Boniek və Giovanni Trapattoni öndərliyində dünyanın görmüş olduğu ən müdhiş heyəti quraraq Avropanın 3 böyük kubokunu qazanan ilk komanda oldu. Toplamda 57 rəsmi titulla digər bütün İtalyan klublarından daha çox kuboka sahibdir. Muzeyi 31 İtaliya Çempionluğu, 9 İtaliya Kuboku, 6 İtaliya Superkuboku, 2 Çempionlar Liqası, 3 UEFA kuboku (Avropa Liqası), 2 Qitələrarası Kubok, 2 Avropa Superkuboku və 1 Intertoto kuboku ilə zəngindir. JUVENTUS UEFAnın təşkil etdiyi hər bir klublarası turnirdə qələbə qazanan ilk komandadır. FIFA tərəfindən 20-ci əsrin ən güclü 2-ci komandası seçilmişdir. Həmçinin 20-ci əsrdə İtaliyanın ən güclü komandası seçilmişdir. 1993-cü ildə Roberto Baggio, 1998 və 2000-ci illərdə Zinedine Zidane JUVENTUS forması altında FIFA tərəfindən dünyada ilin futbolçusu seçiliblər. 1961-ci ildə Omar Sivori, 1982-ci ildə Paolo Rossi, 1983, 1984, 1985-ci illərdə Michel Platini, 1993-cü ildə Roberto Baggio, 1998-ci ildə Zinedine Zidane və 2003-cü ildə Pavel Nedved Avropada ilin futbolçusu seçiliblər və Qızıl Top mükafatını qazanıblar. JUVEnin İtaliyanın qazandığı 4 Dünya Çempionluğundan 3-də böyük əhəmiyyəti olmuşdur. 1934-cü ildə komandada 8 JUVENTUSlu var idi. 1982-ci ildə Zoff, Cabrini, Scirea, Gentile, Tardelli komandanın məğlubiyyətsiz şəkildə irəliləməsini şərtləndirirdi və Paolo Rossi öz qolları ilə rəqibləri məyus edirdi. 2006-cı il Dünya Çempionatında İtaliya milli yığmasının JUVENTUSlu olan Marcelo Lippi və Ciro Ferrara öndərliyində, Gianluigi Buffon, Fabio Cannavaro, Gianluca Zambrotta, Mauro Camoranesi, Alessandro Del Piero olmadan çempionluğa nail olacağını düşünmək mümkün deyil. Həmçinin, 2012-ci ildə Polşa və Ukraynada keçirilən Avropa Çempionatında uğurlu çıxış edərək finalçı olan İtaliya yığmasının da 8 oyunçusu JUVEli idi. Həmin turnirdə Buffon, Chiellini, Barzagli, Bonucci, Pirlo, Marchisio kimi əsas heyət oyunçuları olmasa idi, İtaliya qrupdan belə çıxa bilməzdi, nəinki finala vəsiqə qazanmaq. JUVENTUS hər zaman futbolun zirvəsində kimin duracağına qərar verir. Fransada təşkil olunan 1998-ci il Dünya Çempionatında qalib olan Fransanın heyətində JUVENTUSlu Zidane finalda 2 qol vuraraq kuboku komandasına qazandırdı. O kuboku kürsüdə qaldıran isə başqa bir JUVENTUSlu Didier Deschamps idi. Euro 2000də İtaliya-Fransa finalda qarşılaşanda JUVENTUSlu David Trezeguet qızıl qol vuraraq kuboku ölkəsinə qazandırarkən, yenə bir JUVENTUSlu Del Piero şok yaşayan tərəfdə idi. Bundan 6 il sonra Almaniyada təşkil edilən Dünya Çempionatının finalında Del Piero kubok sevinci yaşayarkən, bu dəfə Trezeguet şok yaşayan tərəfdə idi. Hal-hazırda UEFAnın prezidenti Michel Platini də JUVENTUSludur. Happy Birthday JUVE! Storia Di Un Grande Amore
Posted on: Sat, 02 Nov 2013 14:42:48 +0000

Trending Topics



class="stbody" style="min-height:30px;">
Aesthetica Art Prize A Celebration of Excellence The
Kadang2 kwn2 boleh terfikir x?? Manusia yg sombong dgn kita bendi

Recently Viewed Topics




© 2015