19.08.2013 tarixində Topaz Premyer Liqasının 3-cü turu - TopicsExpress



          

19.08.2013 tarixində Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən “Sumqayıt” - “Qəbələ” matçının hakimlər briqadasının qərəzli idarəçiliyi sayəsində komandamız çempionatda ilk məğlubiyyətini aldı. “Qəbələ” İdman Klubu olaraq, bəyan edirik ki, klubumuz çempionatda medallar uğrunda deyil, hər şeydən öncə şəffaflıq uğrunda mübarizə aparacaq. Amma Azərbaycan futboluna zərrə qədər xeyri dəyməyən Rəhim Həsənov, Orxan Məmmədov, Rövşən Acalov kimi “hakimlər”in nə haqqı var ki, bu ölkədə futbolun şəffaflığı və inkişafı üçün milyonlar xərcləyən insanların əziyyətini hər vəchlə yerə vursunlar. Özü də bu hadisələr – “Sumqayıt”ın qapısına 2 penaltinin verilməməsi, 2 tura cəmi 1 sarı vərəqə alan “Qəbələ”nin oyunçularının hər qayda pozuntusuna sarı vərəqə göstərilməsi, rəqibin isə ən kobud “cərimələri”nə göz yumması - matçı tribunadan izləyən AFFA Baş katibi Elxan Məmmədovun gözü qarşısında baş verir. Daim imkanlı şəxsləri, böyük şirkətləri futbola cəlb etməyin vacibliyi vurğulanır. Sizcə hansı imkanlı şəxs, böyük şirkətin rəhbəri futbol biliyi şübhə altında olan orxanların, rəhimlərin öz hissiyatı, ləyaqəti ilə oynamasına razı olar? Peşəkar Futbol Liqasının, Hakimlər Komitəsinin daim müdafiə etdiyi, səhvlərini təcrübəsizliklə əlaqələndirdikləri bu gənc hakimlərin bizim onlara inamımıza, dəstəyimizə baxmayaraq, heç də deyildiyi qədər “ədalətli”, “təmiz” və “perspektivli” olmadıqlarına, “təcrübəsiz gənclər”in artıq sifarişlər üçün hazır olduqlarına siz də şahid olun. gabalafc.az/?mod=news&id=869&lang=az
Posted on: Wed, 21 Aug 2013 04:10:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015