19 Noyabr, 2013-cü il, Bakı ş. AZƏRBAYCAN RESPUBLİKASI - TopicsExpress



          

19 Noyabr, 2013-cü il, Bakı ş. AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ, İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL (OMBUDSMAN) İLƏ ÜMİDLİ GƏLƏCƏK GƏNCLƏR TƏŞKİLATININ “ZORAKILIQ VƏ CİNAYƏTİN QURBANI OLMUŞ UŞAQ VƏ GƏNCLƏR ÜÇÜN PSİXO-SOSİAL REABİLİTASİYA MƏRKƏZİNİN” BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ KEÇİRİLƏN “UŞAQLARIN ZORAKILIQDAN QORUNMASINDA SOSİAL SİYASƏTİN ROLU” MÖVZUSUNDA KONFRANS Son illərdə aparılan araşdırmalar bir daha təsdiq etmişdir ki, digər dünya ölkələrində olduğu kimi, cəmiyyətimizdə də uşaqlara qarşı müxtəlif növ zorakılıq halları mövcuddur. Məhz bunu nəzərə alaraq, 2011-ci ilin Avqust ayında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Təhsil Nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin, OAK Fondunun və Azercell Telecom şirkətinin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən “Zorakılıq və cinayətin qurbanı olmuş uşaq və gənclər üçün psixo-sosial reabilitasiya mərkəzi” yaradılmışdır. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən (Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Sərəncamı, 09 Yanvar 2013) “Sosial Təhlükəli vəziyyətdə olan zorakılıq və cinayətin qurbanı olan uşaqların reabilitasiyası” layihəsi çərçivəsində mərkəz 2013-cü ilin İyun ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında Bakı və regionlardan olan uşaq və gəncləri reabilitasiyaya cəlb edərək onların sosial-psixoloji-hüquqi yardımını həyata keçirir. Bu günə kimi mərkəzdə zorakılıq və cinayətin qurbanı olmuş 160-dan çox uşaq və gənc reabilitasiyaya cəlb edilmişdir. Qeyd olunan sahəyə diqqətin artırılması və 19 noyabr “Uşaqlara qarşı zorakılığın qarşısının alınması Beynəlxalq Gün” kimi qəbul olunduğu, habelə 20 noyabr BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbulu ilə əlaqədar Ombudsman tərəfindən “Uşaq Aylığı” elan edildiyini nəzərə alaraq, 19 noyabr 2013-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təsisatı, UNİCEF ilə əməkdaşlıqda Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və Ümidli Gələcək Gənclər Təşkilatı “Uşaqların zorakılıqdan qorunmasında sosial siyasətin rolu” mövzusunda konfrans keçirilmişdir. Konfransın aşağıdakı məsələlər müzakirə edilmişdir: • Ölkədə uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində həyata keçirilmiş tədbirlərin və fəaliyyətlərin müzakirəsi; • Zorakılıq qurbanı olmuş uşaqlar üçün xidmətlərə dair məlumatların genişləndirilməsi; • Bu istiqamətdə əvvəlki illərin hazırkı statistik göstəricilərlə müayisəli təhlili; • Uşaqlara qarşı zorakılığın aradan qaldırılması üzrə müzakirələrin və yeni təkliflərin edilməsi.
Posted on: Fri, 22 Nov 2013 12:29:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015