20 ildir müxalifət hakimiyyətdən dialoq keçirməyi xahiş - TopicsExpress



          

20 ildir müxalifət hakimiyyətdən dialoq keçirməyi xahiş edir. Başqa sözlə sövdələşmək istəyir. İndiyə qədər heç vaxt dialoq olmayıb görəsən indi nə dəyişibki höküməti dialoqa məcbur etsin. Dialoq nə deməkdir. Dialoq azad və ədalətli seçkilərə şərait yaratmaq üçün hökümətdən səmimi qarant almaq deməkdir. Hökümətin azad və ədalətli seçki keçirəcəyinə inanların ağlı ancaq şübhə doğura bilər. Sövdələşmədə ola bilməz. Cünki güclü heç vaxt gücü olmayanla sövdələşməz,sadəcə olaraq onu alıb istədiyini diktə edə bilər. Ona görədə dialoq ancaq güc ortaya qoyandan sonra baş verə bilər,məsələn 1989-1990-cı illərdəki kimi. Bu gün Azərbaycanda 2013-cü ilin prezident seçkisi ili olduğunu xatırladan (10-15 min oxucuları eyni adamlardan ibarət olan qəzetlərdəki yazılardan başqa) mühit yoxdur. İnsanların passivliyi,biganəliyi, taleləri ilə barışmaları adamın gözünə girsə belə biz bunu görmək istəmirik. Xahiş edirəm fikrləşin və son vaxtlar RF,Ukraina,Gürcüstan,Qırğızıstan,Ermənistan,hətta Belarusiyada keçirilmiş prezident və parlament seçkilərini xatırlayın və Azərbaycanla müqayisə edin. Bizim acınacaqlı vəziyyətimizi dərk etməyə çalışın. Belə bir vəziyyətdə hansı isə bir təşkilatdan kimsə Milli Şuranın dialoqa hazır olduğunu elan edir.Yəqin ki, belə bir bəyanatın ziyanını anlamadan. Birincisi güc ortaya qoymadan belə bir bəyanatın irəli sürülməsi hakim dairələrin özlərinə inamını qat qat artırır. İkincisi Milli Şurada nizam intizamın olmadığına dəlalət edir. Demokratiyanın elementar qanunu Milli Şura qərar çıxararsa onun adından ancaq o təşkilatın sədrinin danışmasını tələb edir. Bizdə isə istənilən bir qaraguruhçunu öz adının hansı isə qəzetdə halandırılması daha çox maraqlandırır nəinki Azərbaycanın taleyi. Belə bir başıpozuqluqla biz bu 4 başlı əjdahanın qarşısında necə dayanmaq istəyirik. Nəyə görə 4 başı 1.Korrupsiya və rüşvətdən yığdıqları pul 9 milyonluq xalqın total pulundan azı 40 dəfə çoxdur.2.Neftin Avropa ölkələrinə satılması .3. Böyük pulla tutulmuş lobbiçilərin hər iki qitədə (avropa,abş) intensiv fəaliyyət göstərməsi 4. Ölkəni idarə edə biləcək başqa qüvvənin olmadığını metodik həyata keçirməsi.
Posted on: Sat, 29 Jun 2013 21:26:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015