23 Fevral kimlərin bayramıdır. 18 fevral 1918 ci ildə Alman - TopicsExpress



          

23 Fevral kimlərin bayramıdır. 18 fevral 1918 ci ildə Alman və Avstro-macar ordusu Rusiyanın şərq hüdudlarına hücuma keçdi.Bolşeviklər qorxularından cəbhəni mübarızəsiz tərk edib qaçdıqlarından alman silahlıları bir neçə şəhəri döyüşmədən,rahat şəkildə ələ keçirdilər.Bolşeviklərin yeni yaranmış Qızıl Orduya olan etimadı özünü doğrultmadı çünki onlar silahlarını atıb qaçdılar və Minsk şəhəri zəbt olundu.Bunu görən Sovet ordusunun baş komandanı Nikolay Krılenko bütün xalqı döyüşə səfərbər etdi və 23 fevral tarixində xeyli adam Qizil orduya daxil oldu.Lakin Alman ordusu artıq Peterburqda idilər.Sonda V.İ.Leninin təklifi ilə almanların xeyrinə olan şərtlər daxilində sülh imzalandı. Alman əsgərindən dovşan kimi qorxan Qızıl Ordunu şərəfləndirmək və həvəsləndirmək məqsədilə 23 fevral Ümumrusiya mərkəzi icra komiteti tərəfindən Qızıl Ordu və hərbi Donanma günü kimi təsis edildi. Bu yaranmış ordu 1920-ci il aprelin 28-də Azərbaycanda qırğınlar törədərək Azərbaycan Demokratik Respublikasını süquta uğratdı və biz 70 il rusların qulu olduq.Bu 70 ildə xalq represiya olundu,əzildi,cırlaşdı və cılızlaşdı. Bu günü bayram kimi qeyd edirsinizsə 20 yanvarı da bayramlar siyahısına daxil edin.Çünki həmin gün xalqı qıran məhz təməli 1918-ci il 23 fevralda qoyulan Qızıl Ordu idi.
Posted on: Sun, 23 Feb 2014 10:19:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015