3-cu xutbə İmam Əli əleyhis-salamın «Şiqşiqiyyə» - TopicsExpress



          

3-cu xutbə İmam Əli əleyhis-salamın «Şiqşiqiyyə» adlanan xutbəsidir. Agah ol! Allaha and olsun ki, Əbu Quhafənin oğlu (cahiliyyət dovrundə Əbu Bəkrin adı Əbduluzza olmuş, sonra Həzrət Rəsul -səlləllahu əleyhi və alih- onun adını dəyişərək Abdullah qoymuşdur) mənim xəlifəlik ucun dəyirmanın orta qutbu kimi (elmdə və əməldə kamillik baxımından) oduğumu bildiyi halda xəlifəliyi koynək kimi əyninə geydi. Elm və maarif mənim feyz bulağımda sel tək cağlar, elm və bilik səmasında qanad calanların hec biri mənim zirvəmə cata bilməz. Sonra (Əbu Quhafənin oğlu xəlifəlik koynəyini haqsız yerə geydiyinə və camaat onu təbrik etdiyinə gorə) xəlifəlik koynəyini soyunub, ondan kənara cəkildim. Oz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hucum edim (oz haqqımı tələb edim), yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, mominlərin (fəsadın aradan qalxması ucun) oluncəyə qədər əziyyət cəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim. Səbr etməyin ağıllı iş olduğunu gorub, gozlərimi toz, cor-cop, boğazımı isə sumuk tutduğu halda səbr etdim. Mirasımın tarac olunduğunu gorurdum. (Allah Peyğəmbərinin - səlləllahu əleyhi və alih - vəfatından sonra xəlifəliyi haqsızcasına qəsb edərək xalqı azğınlığa ducar etdikləri vaxt İslamın qorunub saxlanılması, daxili inqilabın baş verməməsi və duşmənlərin ondan sui-istifadə etməmələri ucun xəlifəlikdən cəkinərək dozməyi məsləhət bildim.) Birincisi (Əbu Bəkr) oz yolunun sonuna catıb (iki il, uc ay, on iki gundən sonra oldu. Olməmişdən qabaq) xəlifəliyi-ozundən sonra-İbn Xəttabın (Omərin) boynuna atdı. (Seyyid Rəzi əleyhir-rəhmə deyir): Bunları bəyan etdikdən sonra Həzrət, məsəl olaraq şair Ə’şanın şe’rini (Amirin mədhi və Əlqəmənin həcvi barədə olan qəsidəsini) oxudu: شَتَّانَ ما يَوْمِى عَلى كُورِها **** وَ يْوْمُ حَيَّانَ أَخِى جابِرِ (Bu şe’ri iki cur izah etmək olar, birincisi) dəvənin donqar və palanı ustundə səfərin əzab-əziyyətinə qatlaşdığım bu gunumlə Cabirin qardaşı Həyyanın dostu olaraq naz-nemət icrə kecirdiyim dunənim arasında nə qədər fərq var. (İkinci məna isə): və dəvənin belinə minən mənimlə, səfərin məşəqqət və cətinliklərindən azad olan Cabirin qardaşı Həyyanın guzəranı arasında nə qədər fərq var. Cox heyrətamiz və təəccubludur ki, sağlığında xalqdan bey’ətinin geri goturulməsini istəyir. Ancaq olumunə bir necə gun qalmış xəlifəliyə Oməri vəsiyyət edir. Bu iki qarətci xilafəti dəvənin iki doşu kimi oz aralarında boldulər (dəvənin bir doşunu Əbu Bəkr, digərini isə Omər oz əlinə goturub sağdılar, dəvənin sahibini isə ondan məhrum etdilər). (Beləliklə, Əbu Bəkr xilafəti) hamar olmayan, sərt yerdə yerləşdirdi (Oməri ozundən sonra xəlifə etdi), halbuki Omər sərt və acıdil idi, onunla goruş əziyyət verici idi və (dini məsələlərdə) səhvləri, (verdiyi səhv fətvalara gorə) etdiyi uzurxahlıqları saysız-hesabsız idi. Onunla unsiyyət (həm İmamın, həm başqalarının onunla unsiyyəti) cilovunu bərk tutduqda burnunu yaralayıb dağıdan, cilovunu boş tutub, oz başına buraxdıqda isə suvarsini həlak edən dikbaş, itaətsiz dəvəyə minmək kimi idi. Allaha and olsun, onun vaxtında camaat cətinliyə ducar olaraq, səhvə yol verdi və doğru yola qədəm qoymadan haqqdan uzaqlaşdı. Mən də bu uzun muddətdə (on il altı ay) dozdum və ağır mohnətlə, qəmlə yoldaş oldum. Omər də oz yolunun sonuna yetişdi (və libası tərk etməzdən oncə) xilafət məsələsini, məni də onlardan biri guman etdiyi bir necə adamın arasında ortaya qoydu. Pərvərdigara, təşkil olunmuş şuradan və etdikləri məşvərətdən sənə pənah gətirirəm. Camaat məni necə Əbu Bəkrə bərabər tutub, mənə şəkk-şubhə ilə yanaşdı? İş o yerə catdı ki, bu gun belə şəxslərlə (şura uzvu olan beş nəfərlə) bir sırada dayandım. Bununla belə (yenə də səbr edib şurada iştirak etdim) eniş-yoxuşlarda onların ardınca getdim (məsləhətə gorə, hər yerdə onlarla razılaşdım). Beləliklə, onlardan biri paxıllıq və kininə gorə haqdan əl cəkərək batil yola qədəm qoydu, başqa birisi Osmanın kurəkəni və qohumu olduğundan məndən uz dondərdi. Başqa iki nəfərinsə (Təlhə ilə Zubeyr rəzalət və alcaqlığına gorə) adını cəkmək rusvaycılıqdır. (Omərin olumundən sonra, onun gostərişilə yaradılan şurada) qovmun ucuncusu (Osman) ayağa qalxdı (haqsız yerə xəlifəlik məqamını qəsb etdi). Yeyib bayıra getməkdən (cox yeyib-icməkdən şişən dəvə kimi) hər iki tərəfini şişirtmişdi (onun işi heyvanlar kimi yeyib peyin tokmək idi və xəlifəliyə aid məsələlərə riayət etmirdi) və onun atalarının ovladları da (onun qohumu olan Əməvilər) onunla əlbir idilər. Onun dolaşıq ipi cozulənə qədər (səhabələr əhdlərini pozaraq yan-yorəsindən uzaqlaşana qədər) iştahlı dəvə bahar otlarının hamısını yediyi kimi Allahın malını (musəlmanların beytulmalını) yeyirdilər (yoxsulları və bu mala haqqı olanları isə məhrum, ac saxlayırdılar). Rəftarı qətlinin tezləşməsinə, qarnının doluluğu devrilməsinə səbəb oldu. (Osmanın oldurulməsindən) sonra kaftarın boynunun tuku tək camaatın məni dovrəyə almasından başqa hec nə məni bu cətin və boyuk işə vadar etmədi. Hər tərəfdən ustumə elə hucum cəkdilər ki, izdihamdan, camaatın coxluğundan Həsən və Huseyn ayaq altında qaldılar. Paltarım və əbam hər iki tərəfdən cırıldı, (bey’ət etmək ucun) qoyun surusu kimi məni dovrəyə aldılar. Bey’ətlərini qəbul edib xəlifəliyə başladıqda isə bir hissəsi (Təlhə, Zubeyr və başqaları) mənimlə olan bey’ətlərini pozdu, bir dəstə (Nəhrəvan Xəvarici və başqaları) bey’ətdən cıxdı, bəziləri isə (Muaviyə və sair şəxslər) Allah-təalanın itaətindən cıxdılar. Sanki, muxaliflər pak olan Allahın (Qəsəs surəsinin 83-cu ayəsində) «əbədi sarayı məqsədləri yer uzundə ucalıq və fitnə-fəsad torətmək olmayanlar ucun yaratdıq. Gozəl mukafat pərhizkarlar ucundur»-deyə buyurduğunu eşitməyiblər. Bəli, Allaha and olsun, bu ayəni eşidib və əzbərləyiblər. Lakin dunya onların gozlərini qamaşdırıb və dunyanın zinəti isə onları aldatmışdır. (Haqqdan əl cəkərək itaətsizlik etmiş, yer uzundə fitnə-fəsad torətmişlər.) Agah olun! Toxumu ortadan yaran və insanı xəlq edən Allaha and olsun, bu qədər camaat (mənə bey’ət etmək ucun) toplaşmasaydı, hoccətin tamam olmasına komək etməsəydilər, Allah-təalanın zalımın (zulm vasitəsilə) doyması və məzlumun (onun zulmundən) ac qalmasına razılaşmamaları ucun uləmalardan aldığı əhd olmasaydı xəlifəlik dəvəsinin yuyənini hər an onun horgucunun ustunə atardım xəlifəliyin sonuna əvvəlcə verdiyim kasada su verərdim. (Əvvəllər də bu işi etmədiyim kimi indi də kənara cəkilər, xəlifəliyi tərk edib camaatı azğınlıq icində buraxardım, cunki) bilirsiniz ki, sizin bu dunyanız mənim ucun dişi kecinin asqırığı qədər dəyərsizdir. Deyirlər, Həzrət bu sozləri buyurduqda İraq kəndlilərindən olan bir kişi ayağa qalxaraq ona bir məktub verdi. O Həzrət məktubu oxumağa başladı. Oxuduqdan sonra İbn Abbas dedi: «Ey Əmirəl-mominin, kaş ki, sozunu kəsdiyin yerdən nitqinə davam edəydin. O Həzrət buyurdu: «Heyhat, ey İbn Abbas (belə sozlər bir daha deyilməyəcək, sanki) səslənib, sonra yenidən oz yerində duran dəvənin şiqşiqəsi idi.» İbn Abbas dedi: «Allaha and olsun, mən hec bir sozun kəsilməsinə o Həzrətin oz sozunun istədiyi yerə catdırmadan kəsilməsi qədər kədərlənməmişdim». (Seyyid Rəzi əleyhirəhmə deyir:) Bu xutbədə Həzrətin (ikinci xəlifə Omər barədə) كَراكِبِ الصَّعْبَةِ إِنْ أَشْنَقَ لَهاَ خَرَمَ وَ إِنْ أَسْلَسَ لَهاَ تَقَحَّمَ dedikdə məqsədi budur ki, itaətsiz dəvəni minən şəxs hər zaman onun cilovunu bərk tutsa, dəvə itaətsizlik edib burnunu dağıdar, əgər cilovunu boş tutsa onu mohkəm cırpıb tullayar, bir daha sahibinə qayıtmaz. أَشْنَقَ النّاقَةَ dəvəyə minib cilovu vasitəsilə başını yuxarı dartmağa deyilir, وَشَنَقَهَا də deyilər, İbn Sikkitin «İslahul-məntiq» kitabında deyildiyi kimi, belə ki, Həzrət أَشْنَقَ لَهَا buyurur أَشْنَقَهَا demir, bu iki soz eyni bir mənada işlədilməsinə baxmayaraq, o Həzrətin أَشْنَقَ لَهَا deməsinin səbəbi bu sozun əvvəlki cumlədəki أَسْلَسَ لَها ilə həmvəzn olması ucundur. Sanki, o Həzrət belə buyurub: Dəvəyə minən onun başını cilovuyla yuxarı dartsa, yəni, cilovu dəvənin ustundə mohkəm saxlasa dəvənin burnu dağılar. Hədisdə buyurulur: Allahın Rəsulu dəvənin ustundə olduğu halda camaata xutbə oxuyurdu. قَدْ شَنَقَ لَهَا وَ هِىَ تَقْصَعُ بِجَرَّتِهَا - yəni, dəvənin cilovunu dartıb saxlamışdı, dəvə boğazından cıxardığı bir şeyi ceyniyirdi. (Bu hədisdən məlum olur ki, «شَنَقَ» və «أَشْنَقَ» eyni mənalı sozlərdir.) اَشْنَقَ sozunun شَنَقَ ilə eyni mənada olmasına başqa bir dəlil isə Ədiyy ibn Zeyd İbadinin aşağıdakı beytdə soylədiyi sozdur. سائَهَا ما تَبَيَّنَ فِى الْأَيْدِى وَإِشْناقُها إِلَى الْأَعْناقِ Cilovları bizim əlimizdə olmayan itaətsiz dəvələr ram olmurlar, onlar pis dəvələrdir.
Posted on: Tue, 24 Sep 2013 21:48:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015