ADC-nin məqsəd və vəzifələri Məqsədləri: şəkərli - TopicsExpress



          

ADC-nin məqsəd və vəzifələri Məqsədləri: şəkərli diabet xəstələrinin hüquqlarının müdafiəsi; ŞD xəstələrinə dövlət qayğısının beynəlxalq standartlara uyğunluğunun təminatı; ŞD xəstələrinin həyat kefyiyyətlərinin yaxşılaşdırılması. ŞD xəstələrinin maariflənməsi məsələsində yaxından iştirak etmək. Vəzifələri: ŞD-nin profilaktikası, ŞD xəstələrinin müalicəsi üçün qanunvericilikdə müəyyən edilmiş insulin və digər şəkərsalıcı dərmanlarla təminat; zəruri müayinələrin və monitorinqlərin aparılmasına ictimai nəzarətin təşkili; ŞD xəstələrinin aşkar edilməsi, xəstələrin və onların ailə üzvlərinin özünənəzarət təlimi, qanda qlükozanın konpensasiyası, xəstəliyin profilaktika və müalicəsini aparmaq məqsədilə respublikanın regionlarında diabet məktəblərinin təşkil edilməsndə köməklik göstərmək; xəstələrin əmək və sosial hüquqlarının təmin edilməsində köməklik göstərmək; BDF-nin üzvü olaraq BMT-nin ŞD üzrə Qərarının və Federasiyanın bu barədə qərar və tapşırıqlarının yerinə yetirilməsinə səy göstərmək; ŞD xəstələrinin sağlamlıqlarının yaxşılaşdırılması, xüsusilə uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi məqsədilə onların sanatoriya və digər müalicə müəssisələrində müalicə və istirahətlərinin təşkilində iştirak etmək; xəstələrin işə düzəlməsində, reablitasiya, tibbi, sosial, hüquqi və psixoloji məsələlərdə və təhsildə kömək etmək; bu xəstəliyin məlum xüsusiyyətlərini nəzərə almaqla, qayğıkeşlik, özünüidarəetmə və cəmiyyət üzvlərinin öz fəaliyyətinə, eləcədə dövlət, ictimai təşkilatlar və ayrı-ayrı şəxslərin (o cümlədən xarici vətəndaşların) dəstəyinə əsaslanmaqla maarifləndirmə işini aparmaq.
Posted on: Mon, 04 Nov 2013 09:25:46 +0000

Trending Topics



/div>

Recently Viewed Topics




© 2015