APA: Azərbaycanda cinsi əlaqə zamanı xəstəliyə yoluxmuş - TopicsExpress



          

APA: Azərbaycanda cinsi əlaqə zamanı xəstəliyə yoluxmuş insanlarla bağlı cəzalar sərtləşdiriləcək. Parlamentdə qanunvericiliyə ediləcək dəyişikliyə əsasən, zöhrəvi xəstəliklərə və ya insanın immun çatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müayinədən boyun qaçırmasına görə 300 manatdan 600 manata qədər cərimələrin təyin edilməsi nəzərdə tutulur. Habelə, onlarla əlaqədə olub zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə 400 manatdan 800 manata qədər cərimə tətbiq olunacaq. QEYD. Hazırkı maddəyə görə isə bu cərimələr 100 manatdan 200 manata qədərdir. (!) Digər maraqlı xəbərləri oxu: fb/ictimai.media Reklam: ictimai.blogspot
Posted on: Sat, 02 Nov 2013 15:49:59 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015