ARİTMİYA ÜRƏK ARİTMİYASI. Ürəyin yığılmalarının - TopicsExpress



          

ARİTMİYA ÜRƏK ARİTMİYASI. Ürəyin yığılmalarının tezliyinin, ritmikliyinin, ardıcıllığının pozulmasıdır. Aritmiya ürək xəstəliklərində keçiriciyin pozulması zamanı və ya vegetativ, endokrin, metobolik patologiyaların , intoksikasiya və bəzi dərman preparatlarının təsiri nəticəsində meydana çıxır.Bəzi hallardaisə aritmiyaya keçirici sistemin anadangəlmə anomaliyaları səbəb olur.Aritmiya dianozu əasən EKQ və klinik göstəricilərə əsasən qoyulur. Bəzi hallarda isə elektrofizioloji tədqiqə ( keçirici sistemi stimulyasiya etməklə ürəkdaxili və ya qida borusu daxili elektroqrafiya) ehtiyac olur. ÜRƏK AVTOMATİZMİNİN POZULMASI SİNUS RİTMİ . Normal ritmi sinus düyününün avtomatizmi ilə təmin olunan sinus ritmidir - dəqiqədə 60-75 bərabərdir.Sinus aritmiyasıda EKQdə sinus ritmi R-R intervalı arasında 0,1s-dir.Tənəffüs sinus aritmiyası isə fizioloji proses olub gec və dərin tənəffüs zamanı yaranır. Sinus ritmini tezləşdirən faktorlar (fiziki və emosional yüklənmə, simpatomimetiklər) tənəffüs aritmiyasını azladır və ya tamamən aradan qaldırır.Sinus aritmiyası ayılıqda müalicə tələb etmir. SİNUS TAXİKARDİYASI . Sinus ritminin tezliyi dəqiqədə 90-100-dür.Sağlam şəxslərdə fiziki və emosional gərginlik zamanı meydana çıxır.Sinus taxikardiyasına meyllik neyrosirkullyator distoniyanın təzahürlərindən biridir.Bu halda tənəffüsü gecikdirməklə taxikardiyanı azaltmaq olur.Bəzən sinus taxikardiyası atropinin , simpatomimetiklərin təsiri,arterial təzqinin sürətlə aşağı düşməsi, alkoqol qəbulu zamanı müşahidə olunur. Daha güclü sinus taxikardiyası qızdırma, tireotoksikoz, miokardit, ürək çatmamazlığı,anemiya,ağciyər arteriyasının trombemboliyası, zamanı meydana çıxır. Sinus taxikrdiyası ürək döyünməsi hissiyatı ilə müşayət olunur. Müalicə : Tireotoksikozla bağlı meydana çıxan taxikardiyada beta-adrenoblokatorlar, neyrosirkulyator distoniya ilə bağlı sinus taxikardiyasında sedativ preparatlar beta- adrenooblokatorların kıçık dozaları , ürək çatışmazlığı ilə bağlı meydana çıxan taxikardiyalarda isə ürək qlikozidləri effektlidir. SİNUS BRADİKARDİYASI . Sinus ritmi 1 dəqiqədə 55-dən az olur.Sağlam insanlarda, yuxu zamanı,idmanla məşğul olan insanlarda isə sakit halda da müşahidə olunur.Çox zaman tənəffüs aritmiyası,bəzənsə ekstrasistola ilə əlaqədardır.Neyrosirkulyator distoniyanın təzahürlərindən biri də ola bilər.Bəzən miokardın arxa diafraqmal infarkı , sinus düyünü ətrafında patoloji prosesləri (işemik,skelerotik,iltihabi,degenerativ) zamanı ,kəllədaxili təzyiqin yüksəlməsi ,qalxanvarı vəzin hipofunksiyası, virus infeksiyaları, dərman preparatlarının (ürək qlikozidlərinin, beta-blokatorların, simpatolitiklər) təsiri nəticəsində meydana çıxır. Müalicə: Xəstəliyə görə təyin olunur.Nadirən ağır simptomatika varsa elektrokardiostimulyasiya təyin olunur. EKTOPIK RITMLƏR . SİNUS DÜYÜNÜNÜN ZƏİFLƏMƏ SİNDROMU. Sinus düyünün fəaliyyətinın zəifləməsi və ümumiyyətlə dayanması nəticəsində ektopik ritmlər əmələ gəlir.Tezliyi sinus ritmlərinin tezliyindən azdır.Sinus düyünü ətrafında işemik,skelerotik,iltihabi proseslər zamanı və sinius düyünü zəifliyi sindromunu təzahürü kimi meydana çıxa bilər.Ektopik ritmlərə vegetativ disfunksiya və ürək qlikozidlərinin yüksək dozada qəbul olunması ilə də əlaqədar ola bilər. Bəzən ektopik ritmlər ektopik mərkəzin avtomotizminin yüksəlməsi nəticəsində ortaya çıxır ki , bu zaman ürək yığılmalarının tezliyi çox olur ( sürətlənmiş ektopik ritm ).Ektopik ritm EKQ ilə təyin olunur.Qulaqcıq ritmi P dişinin konfiqurasiyasının dəyişməsi ilə xarakrerizə olunur. Bəzi hallarda P dişi və P-Q intervalının davam etməsi tsikldən tsiklə dəyişir.Qulaqcıq-mədəcik ritmi P dişinin parçalanması ilə xarakterizə olunur. Sinus düyününü zəifləməsi sindromunun 3 forması ayırd olunur: stabil,keçid, latent forma. Müalicə bardikardiya davaml olduqda, başgicəllənmə,bayılma halları olduqda təyin edilir. ATRİOVENTRİKULYAR RİTM . Bu növ ritm zamanı ürək ritminin aparıcısı II dərəcəli avtomatik mərkəz -atrioventrikulyar düyün olur.AV ritm sinus düyününü müxtəlif səbəblərdən zədələnməsi nəticəsində yaranır.Nəbzin sayı impulsun əmələ gəlmə lokalizasiyasından aslı olaraq 24-50 ola bilir.AV tutmalar miokardit, revmokardit,miokard infarktı,ateroskelerotok kardioskeleroz zamanı müşahidə olunur.EKQ-də QRS kompleksində dəyişiklik olmur.Dəyişiklik adətən P dişciyi tərfindən olur.İmpuls AV düyünün yuxarısından çıxarsa P dişi QRS kompleksinin əvvəlində olur ( mənfi) , PQ intervalı qısalmış olur.İmpuls AV düyünün orta hissəsindən çıxdıqda P dişi QRS in üzərinə düşür.Çünki bu zaman qulaqcıq və mədəcik eyni vaxtda yığılır.İmpuls AV düyünün aşağı hissəsindən çıxdıqda mənfi P dişciyi QRS kompleksindən sonra qeydə alınır. DİSSOSİASİYA VƏ İNTERFERNSİYA : Ürəyin işini 2 mərkəz - sinus düyünü və atrioventrikulyar düyün idarəedərsə bu dissosiasiya və interferensiya adlanır.Sinus düyününün avtomatizminin azalması zamanı AV düyünün avtomatizmi artmış olur.Tezləşmiş düyün ritmi ilə ləngimiş sinus ritmi ilə üst-üstə düşərsə dissosiasiya və interferensiya haqqında düşünmək olar.Xüsusi müalicə tələb etmir. İDİOVENTRİKULYAR RİTM : Bu halda III dərəcəli avtomatik mərkəz öz aktivliyini gösstərir.İmpuls hiss dəstəsinin ayaqcıqlarından mədəcikdaxili aparıcı sistemdən çıxa bilər.Miokard infarkt zamanı müşahidə olunur. ÜRƏTİN OYANMA FUNKSİYASININ POZULMASI EKSTRASİSTOLİYALAR- patoloji qıcıqların təsiri nəticəsində ürəyin müxtəlif nahiyələrinin vaxından əvvəl yığılmasıdır.bəzən labil sinir sistemi olna, mənfi emosiyalara məruz qalan insanlarda müşahidə olunur.Vegetativ sinir sistemində simpatik və ya parasimpatik şöbələrdən hansınınsa birinin tonusu üstünlük təşkil edərsə ekstrasistoliya əmələ gəlir.Ekstrasistoliyalar miokrdın üzvi dəyişiklikləri zamanı - aterosklerotik kardioskleroz hipertoniya xəstəliyi,ürək qüsurları bəzənsə iltihabı xəstəlikləri zamanı ortaya çıxır. SİNUS EKSTRASİSTOLASI : Qulaqcıq və mədəciyik kompleksi normal olur,P dışciyi müsbət və ya mənfi olur, QRS kompeksinə yaxın yerləşir. QULAQCIQ EKSTRASİSTOLASI: Ürək zədələnməsinin üzvi olduğunu göstərir.Ekstrasistolalar tezləşərsə paroksizmal taxikardiya ehtimalı yaranır. MƏDƏCİK EKSTRASİSTOLASI: P dışciyi olmur,R dişciyi genişlənmiş, ST seqmenti və T dişciyi adətən QRS kompleksinin əks istiqamətinə yönəlmiş olur. Ekstasistolik komplekslə ondan əvvəlki komplekslə məsafə ( RR intervalı ) qısalmış, ondan sonrakı kompleks arasındakı məsafə ( RR intervalı ) uzanmış olur. PAROKSİZMAL TAXİKARDİYA Qəfləti əmələ gələn taxikardiya tutmasına deyilir. Ürək vurğularının sayı 160-200 çatır. Tutmalar bir neçə saniyə bəzən saatlarla çəkə bilir, bəzəndə qəflətən keçib gedir.Miokard infarktı, mioakardit,hipertaniya xəstəliyi,treotoksikoz zamanı meydana çıxır. Bəzən nevrosteniklərdə ,VDD olan xəstələrdə müşahidə olunur. Tutmaların spirtli içkilər,siqaret,fiziki və psixi gərginliklə əlaqəsi var. Xəstələrdə kəskin baş gicəllənmə arterial təzyiqin enməsi dərinin avazıması müşahidə olunur.Tutmalar uzun müddət davam edərsə qan dövranı çarışmamazlığı yarana bilər. EKQ-də qualaqcıq paroliksizmal taxikardiyada P dişciyi T dişciyi ilə üst-üstə düşür. Mədəcik paroksizmal taxikardiyasında QRS kompleksi geniçlənmiş və deformasiyaya uğramış olur. Atrioventrikulyar paroliksizmal taxikardiyada P dişciyi mənfi olur R dişciyinnən əvvəl, onunla birləşmiş,və ya S və T arasında olur. SƏYİRİCİ ARİTMİYA - Ürəkdə gedən üzvi dəyişikliklər nəticəsində əmələ gəlir.Ayrı-ayrı əzələ lifləri ektopik ocaqlardan gələn impluslarla xaotik yığılması zamanı ortaya çıxır.Hər yaşda müşahidə olunur. Gənclərdə revmatizm və mitral stenoz, yaşlı insanlarda isə ürəyin işemik xəstəlikləri,hipertoniya xəstəliyi aterosklerotik və kardioskleroz səbəbindən ortaya çıxır.EKQ-də QRS kompleksi deformasiyasız ,RR intervalı müxtəlif olur,heç bir aparmada P dişi olmur.V bir-iki aparmalarında xırda xaotik,kiçik f dişcikləri olur. ÜRƏYİN KEÇİRİCİLİK QABİLİYYƏTİNİN POZULMASI BLOKADALAR keçirici sistemin hansısa bir sahəsində elektrik impluslarının ötürülməsinin ləngiməsinə və ya tam kəsilməsinə deyilir. SİNOAURİKULYAR BLOKADA : İmpulsların sinus düyünündən qulaqcıqlara ötürülməsinin pozulmasıdır .Qulaqcıqlarda iltihabi-degenerativ dəyişiklikləri - revmakardit, miokarditlər, ateroskelerotik kardioskeleroz,kəskin miokardainfarktı zamanı meydana çıxır.EKQ- P, QRS , T düşməsi, RR intervalinin 2 dəfə uzanması müşahidə olunur. QULAQCIQDAXİLİ BLOKADA : Mitraz stenoz, koronar çatışmazlıq, kadiomiopatiyalar nəticəsində ortaya çıxır.EKQ-də ikiləşmiş və genişlənmiş P dişciyi müşahidə olunur. ATRİOVENTRİKULYAR BLOKADA : İmpulsların qulacıqlardan mədəciklərə keçməsinin pozulmasıdır. İnfeksiyalar intoksikasiyalar və koronar qan dövranı pozğunluğu nəticəsində baş verir. Hiss dəstəsinin sol ön,sol arxa və sağ ayaqcığı olduğuna görə blokadalar 1,2,3 budaqlı ola bilər.Impluslar əvvəlcə zədələnməmiş ayaqcıq vasitəsi ilə bir mədəciyi əhatə edir. Mədəciklər arası arakəsmədən keçərək o biri mədəciyə yönəlir.Diaqnoz EKQ dəki dəyişikliklərə əsasən qoyulur. MƏDƏCİKLƏRİN VAXTINDAN ƏVVƏL OYANMASI SİNDROMU : Volf-Parkinson-Uayt sindromu da adlanır.Bu zaman qulaqcıqlardan mədəciklərə impuls keçirmə vaxtı qısalmış olur.Səbəbi anadangəlmə anormal əlavə keçidlərin olmasıdır.Kent dəstəsi sol qulaqcığın sol mədəciklə ,Maxayam dəstəsi Hiss dəstəsini mədəciklə ,Ceyms dəstəsi Hiss dəstəsini qulaqcıqla birləşdirir.EKQ-də QRS kompleksi genişlənir və ondan əvvəl δ dalğa müşahidə olunur.ST seqmentinin və T dişciyinin ikincili dəyişikliyi müşahidə olunur. P- Q İNTERVALININ QISALMASI SİNDROMU - LGL Laun-Henong-Levin sindromu : EKQ-də PQ intervalının qısalması ilə xarakterizəolunur.QRS kompleksinin forması və genişliyində dəyişiklik olmur.
Posted on: Tue, 09 Jul 2013 05:35:31 +0000

Trending Topics



ss="stbody" style="min-height:30px;">
Okay facebook friends. I need to find a place to stay asap. My
Cheeky Lady says: MONSANTO BE GONE! Go Chile and may your wise
Wow, I was watching one of these restaurant reality shows and its
Quo vadis SPD? Sind die Frauen und Männer der SPD, die ihre

Recently Viewed Topics




© 2015