AZAL-ın yeni transferi Şəhriyar Rəhimovun müsahibəsi -Yeni - TopicsExpress



          

AZAL-ın yeni transferi Şəhriyar Rəhimovun müsahibəsi -Yeni komandadan işlər necə gedir? -Hər şey istədiyim kimidir. Burda əvvəllər də oynamışam. Uşaqların çoxunu tanıyıram. Mehriban kollektivimiz var. Uyğunlaşmağımda da heç bir problem yoxdur. -Birdən-birə nə oldu “Rəvan”dan ayrıldın? -Mənim “Rəvan”dan ayrılmağımın yeganə səbəbkarı Vladislav Qədirov idi. Başqa heç bir şey. -Nə problemin var idi onunla? -Heçnə. O gələndə özü ilə futbolçular gətirdi. Mənə dedi ki, komandada qalsan, oynamayacaqsan. Ya get, ya da qal oynama. Elə qalmaqdansa, getmək daha yaxşı idi. -Bəs rəhbərlik buna heç nə demədi. Axı ötən il komandaya çox kömək etmisən və əsas futbolçulardan biri olmusan... -Rəhbərlik nə desin. Heyəti meydana baş məşqçi buraxacaq. -AZAL çempionatda liderdir. Komandanız bu templə davam edə biləcəkmi? -Davam etmək özümüzdən asılıdır. Yaxşı nəticəni davam etdirmək üçün hər oyuna yaxşı hazırlaşmalıyıq. Ona görə də öz üzərimizdə çox işləməliyik. -Premyer Liqanın 4 dövrəli sistemlə keçirilməsi komandalara ağır olmayacaq? -Oyunların sayı çoxalıb. Məncə, bu yaxşı haldı. Amma gələcəkdə istərdim ki, komandaların da sayı çoxalsın. Məsəl üçün ən azı 16 və ya 18 komanda olsun. Elə daha maraqlı olar. -Çempionluq yarışında əsas yarışacaq komandalar hansılardır? -İndidən nəsə demək olmaz. Hələ 31 tur var. Amma “Qarabağ”ı xüsusilə qeyd edərdim. Bu komanda baxımlı futbol oynayır. -Elə son turda “Qarabağ”ı məğlub etmisiz. Bunu təsadüf saymaq olar? -Heç bir təsadüfdən söhbət gedə bilməz. Çünki “Qarabağ”ı çox yaxşı təhlil etmişdik. Və seçilən taktika da öz sözünü dedi. Biz qalib gəldik. -Növbəti tur “Qəbələ” ilə ağır oyununuz var... -Çempionatda zəif komanda yoxdur. “Qəbələni”də məğlub etməyə çalışacağıq
Posted on: Tue, 10 Sep 2013 14:28:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015