Acoustic delay line akustik ləngitmə xətti (ALX). Iş prinsipi - TopicsExpress



          

Acoustic delay line akustik ləngitmə xətti (ALX). Iş prinsipi bərk cisimlərdə akustik dalğaların yayılma sürətinin kiçik olma-sına əsaslanan ləngitmə xəttləri. Elektromaqnit siqnalını ləngit-mək üçün əvvəl o akustik siqnala çevrilir, həmin siqnal müəyyən uzunluqlu səsötürücüdən keçdikdən sonra yenidən elektromaqnit dalğasına çevrilir. ALX giriş və çıxış akustik elektron çeviricilərindən və səsötürücüdən ibarətdir. Əsas parametrləri aşağıdakılardır: – tl ləngitmə müddəti, səsötürücünün uzunluğundan və akus-tik dalğaların səsötürücüdə yayılma sürətindən asılıdır; – Δf buraxma zolağı, çevicinin keyfiyyətliyindən asılıdır; – ALX-də itkilər, D=10lgWgir/Wçıx əmsalı ilə təyin olunur (bax: Decibel). Bu itkilər giriş və çıxış çeviricilərində və səsötürücüdə yaranan itkilərdən ibarətdir; – ləngitmənin temperatur əmsalı, səsötürücüdə akustik dalğa-ların yayılma sürətinin temperatur asılılığı ilə təyin olunur. Bunlardan başqa ALX verilən maksimal güc, yanlış siq-nalların səviyyəsi və s. bu kimi parametrlərlə də xarakterizə olunur. ALX həm HAD, həm də SAD əsasında hazırlanır
Posted on: Fri, 04 Oct 2013 08:26:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015