Alimlər xərçəng xəstəliyinin 5 mühüm əlamətini - TopicsExpress



          

Alimlər xərçəng xəstəliyinin 5 mühüm əlamətini müəyyən ediblər. musavat-un “Pravda” qəzetinə istinadən verdiyi xəbərə görə, bu 5 əlamət həkim-onkoloqa baş çəkmək üçün siqnal sayıla bilər. Siqnallar aşağıdakılardır: 1. Çəkinin qəfil və sıçrayışlı dəyişmələri. Bu, maddələr mübadiləsinin pozulmasının nəticəsi ola bilər – bu yolla orqanizm şişin böyüməsinin qarşısını almağa çalışır. 2. Anemiya (qanazlığı) və aradan qalxmayan halsızlıq, tez-tez qusma – ola bilsin, bu, şiş hüceyrələrinin qana buraxdığı və orqanizmi zəhərləyən toksinlərlə bağlıdır. 3. Dəri örtüyünün vəziyyətinin pisləşməsi – dəri kəskin tutqunlaşa, qabıq verə və üzərində ləkələr yarana bilər. 4. Bədən temperaturunun mütəmadi, lakin azca qalxması – bu yola orqanizm immun sistemi üzərinə düşən güclü əlavə yüklə mübarizə aparmağa səy edir 5. Bədənin hansısa hissəsində mütəmadi və müntəzəm iynəbatırmalar və ya diskomfort-ağrılı hissiyyatlar. Mütəxəssislərə görə, bütün bu əlamətlər xərçəngə meylliliyi və ya bədxassəli şişin mövcudluğunu sübut edir. Mənbə ANS PRESS
Posted on: Tue, 17 Sep 2013 09:24:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015