Allahla yanaşı başqasına ibadət etmək olmaz. Çünki ibadət - TopicsExpress



          

Allahla yanaşı başqasına ibadət etmək olmaz. Çünki ibadət sirf Allahın haqqıdır və Allahdan savayı heç kim bu haqqa malik deyil. Bəzi insanlar şirkin ancaq bütlərə edilən ibadətə aid olmasına dair açıqlamalar verirlər.Onlara görə övliya, saleh insanlara və məqbərələ ibadət etmək şirk deyil, sadəcə təvəssül və şəfaətin istənilməsi və buna bənzər şeylərdir. Onlara görə şirk, ancaq bütlərə ibadət etməkdir. Biz onlara deyirik: Həqiqətən də, bütlərə ibadət etmək şirkin növlərindən bir növdür.Şirk, Allahdan savayı büt və başqala- rına dua etməkdir.Belə ki, müşriklər öz məbudlarında bir- birindən fərqlənirlər.Onlar yalnız bütlərə ibadət etməklə kifayətlənmirlər.Onlardan bəziləri bütlərə, bəziləri günəş və aya bəziləri şeytanlara bəziləri ağaclar və daşlara bəzilərisə övliya və saleh insanlara ibadət edirlər.Onlar ibadətlərində bölünürlər və bütlərə ibadət etməklə kifayətlənmirlər.Bütlər sadəcə məbudların bir növüdür. Uca Allah buyurur: “Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!”-deyirlər. "Yunus 18"
Posted on: Tue, 20 Aug 2013 17:54:29 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015