Ana səhifə MP3 Kino Xəbərlər Şou biznes - TopicsExpress



          

Ana səhifə MP3 Kino Xəbərlər Şou biznes Tanınmışlar Maraqlı Texnoloqiya Musiqi Avto İdman İslam Foto Video Oyun Digər* Reklam İki müsəlman 3 gün küsülü qalarsa... İki müsəlman 3 gün küsülü qalarsa... Big.az-ın muselman.ws saytına istinadən verdiyi xəbərə görə,İmam Sadiq (ə) buyurur: “Küsməkdə heç bir xeyir yoxdur”. Məfəzzəl İmam Sadiqdən (ə) nəql edir ki, Həzrətdən (ə) eşitmişəm ki, buyurub: “İki nəfər bir-biri ilə küsərək ayrılarsa, onlardan biri bəraət və ya lənətə layiqdir”. Mötəb Həzrətdən (ə) soruşur: “Bəs məzlumun təqsiri nədir?”. Buyurur: “Çünki o da qardaşını sülhə dəvət etməmişdir. Onun sözlərini görməməzliyə vurmamışdır. Atamdan eşitmişəm ki, buyurub: “İki nəfər bir-biri ilə dava edərsə, biri o birisinə qalib gələrsə, gərək məzlum zalım rəfiqinin yanına getsin və ona desin: “Ey qardaşım, mən zalımam”. Bu zaman küsülük aralarından gedər. Həqiqətən, ALLAH adildir. Məzlumun haqqını zalımdan alar. Peyğəmbər (s) buyurur: “Nə zaman iki müsəlman bir-birindən küsərək ayrılarsa, üç gün o halda qalaraq barışmazlarsa, hər ikisi İslamdan xaric olmuş olarlar. Onların arasında din dostluğu qalmaz. Onlardan hər biri barışmaq üçün o birisini qabaqlayarsa, Qiyamət günü hamıdan qabaq behiştə gedər”. İmam Sadiq (ə) buyurur: “İki müsəlman bir-biri ilə küsən zaman, İblis sevinər. Barışan zaman isə dizləri titrəyər və fəryad çəkər: Vay olsun mənə!””.
Posted on: Sat, 05 Oct 2013 15:38:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015