"Azərbaycan 2013 Hərəkatı"nın Azərbaycanda dövlət - TopicsExpress



          

"Azərbaycan 2013 Hərəkatı"nın Azərbaycanda dövlət quruculuğu və hakimiyyət bölgüsü sahəsində islahatlara dair proqramının əsas müddəaları: (bu proqram həmçinin "A13"-ün prezidentliyə namizədi Ərəstun Oruclunun seçki platformasına daxildir). Dövlət quruculuğu və hakimiyyət bölgüsü sahəsində islahatlara dair əsas müddəalar: Azərbaycan Respublikası dövlət-hakimiyyət orqanlarının sabit demokratik və hüquqi fəaliyyətinin təmin edilməsi və hüquqi dövlət quruculuğunun həyata keçirilməsi üçün hal-hazırda mövcud olan mərkəzləşmiş avtoritar idarəçilik sistemi əsaslı şəkildə dəyişdirilməli, hakimiyyət qolları arasında balanslı, qarşılıqlı nəzarət mexanizmlərinə söykənən müasir institusional idarəetmə sistemi qurulmalıdır. Bu məqsədlə ölkədə tətbiq ediləcək müasir demokratik idarəetmə sisteminin zəruri hüquqi bazası yaradılmalı, onun implementasiyası (tətbiqi) mexanizmləri işlənib hazırlanmalıdır. Bu məqsədlə aşağıdakı islahatların keçirilməsini zəruri hesab edirik: 1. Azərbaycan Respublikasında real hakimiyyət bölgüsü aparılmalı, bütün hakimiyyət qollarının legitim şəkildə formalaşdırılması və onların Azərbaycan Respublikasının Konstitsiyasında nəzərdə tutulmuş funksiyalarını yerinə yetirməsi üçün zəruri fəaliyyət şəraitinin yaradılması; 2. Milli Məclisin qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsi və ölkə prezidentinin qanunvericilik təşəbbüsü səlahiyyətinin məhdudlaşdırılması; 3. “Azərbaycan Respublikası Milli Məslicinə seçkilər haqqında” qanunun təkmilləşdirilməsi, Milli Məclis üzvlərinin sayının 200 nəfərə çatdırılması və qarışıq (proporsional və majoritar) seçki sisteminin tətbig olunması; 4. Milli Məclisə Azərbaycan Respublika Nazirlər Kabinetindən (hökumətdən) hesabat tələb etmək hüququnun verilməsi; 5. Ölkədə qanunun aliliyinin təmin olunmasına və Azərbaycan Konstitusiyasına zidd qanunların və qanunverici aktların ləğv olunmasına dair Konstitusiya Məhkəməsinə müstəsna səlahiyyətlərin verilməsi; 6. Prezidentin impiçmentinin, Milli Məclisin və Nazirlər Kabinetinin buraxılmasının hüquqi mexanizmlərinin təcili hazırlanaraq qəbul edilməsi. 7. Məhkəmə hakimiyyətinin digər hakimiyyət qanadlarından asılılığının tam aradan qaldırılması. Ölkədə tam müstəqil məhkəmə hakimiyyətinin qurulması; 8. Cinayət Prosessual Qanunvericiliyində nəzərdə tutulmuş andlı iclasçıların iştirakilə məhkəmə baxışlarının praktikada reallaşdırılması; 9. Vəkillik institutunun təkmilləşdirilməsi və tam müstəqilləşdirilməsi; 10. Geniş bələdiyyə idarəçiliyinin tətbiq edilməsi və yerli idarəetməyə aid qərarların verilməsinə və vəzifələrin icrasına dair səlahiyyətlərin müəyyənləşdirilməsi, onların yaxın 10 il ərzində mərhələli olaraq bələdiyyələrə ötürülməsi. 11. “Bələdiyyələrin statusu” və “Bələdiyyə seçkisi haqqında” qanunların və bələdiyyələrin fəaliyyətini tənzimləyən digər qanunvericilik aktlarının yenidən hazırlanması və qəbul edilməsi. Bələdiyyələrə yerli hakimiyyət organları statusunun verilməsi. 12. Həmin müddət ərzində mərhələli şəkildə yerli icra hakimiyyəti institutunun səlahiyyətlərinin məhdudlaşdırılaraq sonda prezidentin yerli nümayəndliyi ilə əvəzlənməsi. 13. İstisnasız olaraq bütün şəhər və kəndlərdə bələdiyyə idarəçiliyinin tətbiqi Bələdiyyə mülkiyyəti və onun idarə edilməsi haqda yeni qanunvericiliyin hazırlanması və qəbulu
Posted on: Thu, 15 Aug 2013 16:54:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015