AĞLAMA, QORXURAM GÖZ YAŞLARINDAN... Yenə gözün dolu, - TopicsExpress



          

AĞLAMA, QORXURAM GÖZ YAŞLARINDAN... Yenə gözün dolu, ürəyin dolu, Təsəlli sənindir, gileylər mənim. Vallah, öz içimdə öz dərdim donur, Vallah, bu gileylər kül eylər məni. Gözündən ovcuna arx açdın, yetər, Əl atsan, çiçəklər solar, quruyar. Üzünün yanğısı ocaqdan betər, Buludlar quruyar, sular quruyar. Mən nədən yapışım, nədən barınım, Gözlərin varisi göz yaşlarıdır. Qadın ziynətinin, qadın varının Ucuz mirvarisi göz yaşlarıdır. Hələ dostlarım var- əli qolumda, Bir dərdə itiyəm, bir dərdə tuşam. Gecədən gündüzə gedən yolumda Bu göz yaşlarına çox uduzmuşam. Gördüm gülüşündən gülab yağanı, Bir gözü qızıldı, bir gözü gümüş! Duydum bir məqamda o ağlağanı, Gözü ağlayanda qəlbi gülürmüş!.. Dərdiylə, qəmiylə qoşa yatdığım O necə qəfəsdi, o necə səsdi. Büdrəyib aşanda əl uzatdığım Dikəlib qalxanda əlimi kəsdi. Yıxıldım, yıxana qəhmər durdular, O göz yaşlarına inandıqlarım. Gözümdə hörümçək toru qurdular, O göz yaşlarına inandıqlarım. Qoy belə nə odum, nə közüm olsun, Ayıl bu tənəli söz daşlarından. Götür gözlərimi, dörd gözün olsun, Ağlama, qorxuram göz yaşlarından. Hələ dostlarım var- əli qolumda, Bir dərddən uzağam, bir dərdə tuşam. Gecədən gündüzə gedən yolumda Bu göz yaşlarına çox uduzmuşam... Məmməd Araz ·
Posted on: Sat, 30 Nov 2013 18:49:07 +0000

Trending Topics



paced world, time is of the essence and, for
ody" style="min-height:30px;">
For those who hace asked, chased, critized, judged or whatsoever

Recently Viewed Topics




© 2015