AĞRILI QEYD Sözünə etibarım tam olan bir dostum Gürcüstan - TopicsExpress



          

AĞRILI QEYD Sözünə etibarım tam olan bir dostum Gürcüstan səfərindən danışır. Laqodexidən gəlir- Gürcüstanın kiçik əyalət şəhərindən. Getmişkən ailəsi üçün bazarlıq etməyə, aptekdən dərman almağa qərar verib. Adlarını xüsusi olaraq yazmayacağam, ancaq həmişə Bakıda Alman aptekindən 55 manata aldığı dərmanı Gürcü larisindən təqribən çevirəndə bizim pulla 17 manata alıb. Bütün dərmanlar arasındakı fərq ən azı 25-30 manat bizdəkindən ucuz olub. Zavallı Azərbaycan vətəndaşı. Zirzəmidə doldurulan qazlı-qazsız sulardan içib, Dağıstanda hazırlanan saxta spirtli içkilərdən tost deyib, saxta tütündən çəkib, yenə də Dağıstan istehsalı, məxsusi Azərbaycan bazarı üçün nəzərdə tutulan Moskovski deyilən konfetlərlə çayını içib özünü zəhərləyir, sonra da üz tutur aptekə və oradan aldığı dərmanın qiyməti də ən kasıb qonşu ölkədəkindən ən azı üç dəfə baha. Özbaşınalığın yaşandığı sahələrdən biri də budur. Azərbaycan vətəndaşının bədənindəki immunitetin gücünə bax ki, bu qədər bədəninə zəhər yeridildikdən və bu qədər saxta və bahalı dərmanlar qəbul etdikdən sonra da 65-70 il yaşaya bilir.
Posted on: Tue, 22 Oct 2013 17:47:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015