Ağaclar kəsilər, kağız olar, Cümlələr yazılar, roman... - TopicsExpress



          

Ağaclar kəsilər, kağız olar, Cümlələr yazılar, roman... Ovuclar əzilər yara olar Həqiqət azalar, yalan... Ünvanı bilinməyən doğrular, Adresi məlum ağrılara dönər. Sönər bir ürəyin odu, Adı dillər əzbəri olan da Unudular bir gün... Gücün cibin boyda Ayda torpağı olanlara Salamlar... İçin , çölün ayrı, Dirin, ölün ayrı, Ayrı dünyanların insanı olarsan. Qalarsan o tayla bu tay arasında, Odayla savaşarsan, Divarlar qalxan olar. Adayla nə işin var, Sənki dəniz deyilsən/ Qarışıq hisslərin ortasında Çökərsən qaranlıq kimi. Bir anlıq kimi qınayasan deyə Düşünərkən, Dünənlər günahkar olar. 14.12.12 SAAT : 16:19 B.N
Posted on: Thu, 03 Oct 2013 07:25:43 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015