Bir müsəlman gənc illərlə xaricdə təhsil alır. Vətənə - TopicsExpress



          

Bir müsəlman gənc illərlə xaricdə təhsil alır. Vətənə qayıtdıqdan sonra ateist olur. Onun üç sualına heç kim cavab verə bilmir. Qohumları gənci böyük elm sahibi olan kəndin ağsaqqalının yanına aparırlar və gənclə ağsaqqal arasında bu şəkildə dialoq baş tutur: Gənc: Sən kimsən? Suallarıma cavab verə biləcəksən? Ağsaqqal: Allahın bir quluyam və Onun izniylə suallarına cavab verə biləcəm. Gənc: 3 sualım var: 1. Allah varmı və əgər varsa onu mənə göstər. 2. Tale (qəzavü qədər) nədir? 3. Əgər şeytan oddan yaradılıbsa, cəhənnəmdə də od var. Od odu necə yandıracaq? Tanrı bunu fikirləşməyib? Ağsaqqal biraz düşündü, sakit şəkildə gəncin üzünə bir neçə dəqiqə baxdı və otağın küncündəki saxsı qabı götürərək anidən gəncin başına vurdu. Gənc başını tutaraq soruşdu: -Niyə hirsləndin? Ağsaqqal: Hirslənmədim. Bu sənin üç sualına olan cavabım idi. Saxsını başına vuranda ağrı hiss etdinmi? Gənc: Hə. Ağrı oldu. Ağsaqqal: Yəni, ağrının varlığına inanırsan? Gənc: Hə, inanıram. Ağsaqqal: Mənə o ağrının şəklini göstərə bilərsən? Gənc: Göstərə bilmərəm. Ağsaqqal: Bu ilk sualına olan cavab. Hər kəs Allahın varlığını hiss edir, amma Allahı görmür. Dünən gecə yuxunda başına saxsı qabın dəyib sındığını görmüsən? Gənc: Yox. Ağsaqqal: Bu gün belə bir şeylə qarşılaşacağın ağlına gələrdi? Gənc: Yox. Ağsaqqal: Bax bu da taledir (qəzavü qədər). Bu da ikinci cavab. Biz torpaqdan yaradılmışıq. Saxsı da torpaqdan düzəlib. İndi Allah şeytanı odla yandıra bilməzmi? © #GihonTV
Posted on: Wed, 17 Jul 2013 17:53:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015