Bir neçə gün əvvəl statuslarımdan birində “Mlli Şura - TopicsExpress



          

Bir neçə gün əvvəl statuslarımdan birində “Mlli Şura məsələsi “səmavi” olduğundan mənim o barədə fikir yürütməyə gücüm çatmır” yazmışdım. Sanki yazdığım eşidildi. Cəmil Həsənli Milli Şuraya vahid namizəd seçildiyindən deyəsən məsələ artıq yerdə həll olunur. Səhifəmin ən cəsarətli tənqidçilərindən olan Ramil bəyin də məsləhətini nəzərə alaraq bu barədə bəzi fikirlərimi bölüşmək istəyirəm. 26 may 2010-cu il tarixdə “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabının Hyatt Regency otelindəki təqdimatı zamanı, Sumqayıt hadisələri ilə bağlı azərbaycan və erməni təbliğatını müqayisə edərkən bu fikri söyləmişdim: ”Bu gün Azərbaycan adlı dövlətin mövcudluğu xalqın yox uca Allahın istəyi ilə bağlıdır”. Düzdür çıxışımdan dərhal sonra milli sərvətimiz, professor Şirməmməd Hüseynov xalqın rolunu inkar etdiyimdən necə deyərlər məni ağ yüdü, qara sərdi. Ancaq yenə o fikirdəyəm ki, uca Allahın millətimizə xüsusi qayğısı olmasa halımız çox pis olar. Cəmil Həsənlinin seçimi ilə yenə Allah özü bizə kömək elədi. Əminəm ki, Rüstəm İbrahimbəyov ilə bağlı söhbətlərin heç biri Cəmil Həsənliyə yapışmayacaq və Milli Şura (əgər sona qədər səmimi olsalar) daha böyük uğur qazanacaq. Cəmil Həsənli ilə bağlı çoxlu yazılar artıq olub və olacaq. Mən isə Cəmil müəllimin şəxsən mənə heç bir təmənna güdmədən etdiklərini sadalamaq istəyirəm. Sumqayıt hadisələri ilə bağlı növbəti dəfə 18 fevral 2010-cu il tarixində ANS telekanalında Sevinc Osmanqızı ilə verilişdən sonra 14 mart 2010-cu ildə hakimiyyət mətbəxində hazırlanmış “Aslan İsmayılov günahlarını ört basdır etmək üçün şantajla məşğuldur” başlıqlı yazı "Xalq qəzeti"ndə çap olundu. Çox namərd bir yazı idi. Məni az qala erməni cəsusu kimi qələmə vermək istəyirdilər. Nə qədər çalışsam da nə "Xalq qəzeti", nə də ki, “Azərbaycan" qəzeti təkzibimi çap etmədilər. Məcbur olub tələsik ailəmin köməkliyi ilə cavabımı kitab şəklində yazmağa başladım. Çapdan əvvəl kitabı hörmət etdiyim bir neçə tarixçiyə göstərdim. Onlardan hər biri kitabın çapının əleyhinə oldular. Əsaslandırmaları da onunla bağlı idi ki, kitabda Sumqayıtda erməni millətindən olanlara qarşı baş vermiş bəzi amansız, qəddar hadisələr təsvir olunurdu. Nə qədər izah etməyə çalışsam ki, onsuz da dünyaya yazdıqlarımdan 100 dəfədən çoxu yayılıb, əksəriyyəti də yalanlar, faydası olmadı. Məqsədim nəyin bahasına olursa olsun kitabı çap edib Xalqımızı üzərinə atılmış bu çirkin çamurdan təmizləməyə çalışmaq idi. Cəmil müəllimi yaxından tanımadığımdan ona müraciət etməkdən çəkinirdim. Növbəti yuxusuz gecədən sonra məcbur olub səhər səhər zəng etdim. Xaricdən gecə qayıtmışdı. Görüşmək istədiyimi bildirdikdə dərhal Milli Məclisin foyesinə dəvət etdi. Görüşüb kitabın əlyazmasını təqdim edib oxumasını, müsbət, mənfi cəhətlərini bildirməsini xahiş etdim. Kitabın təqdimat mərasimini 28 May Respublika gününə qədər keçirmək istəsəm də Cəmil müəllimdən oxumağı tezləşdirməyi xahiş etməkdən çəkinmişdim. Elə həmin gün gecə təxminən 1 radələrində Cəmil müəllim mənə zəng edib kitabı oxuduğunu və tez bir zamanda çap etməyimi tövsiyyə etdi. Başqa tarixçilərin tutduqları iradları bildirdikdə isə qətiyyətlə "fikir vermə, təcili kitabı çap elə və yay, imkan olan kimi ruscasını da et". Yuxarıda qeyd etdiyim kimi artıq 26 may 2010-cu ildə təqdimat keçirildi və Cəmil müəllim orada çıxış da etdi. Uzun müddət kitabın yayılması üçün dövlət rəsmilərindən kömək istədim, lakin heç nəyə nail ola bilmədim. Xarici İşlər Nazirliyindəki məmurlardan biri ilə eyni məqsədlə görüş zamanı kitabın məzmununu ona çatdırmaq istəsəm də ona bu maraqlı deyildi. Onun üçün XİN-dən pul ayrılması və sonra bölüşdürülməsi daha maraqlı idi. Növbəti dəfə kitabın məzmunu barədə danışmaq istəyəndə həmin məmur qəzəblə "onsuz da Cəmil Həsənli bu kitabla bağlı Nazirdən tutmuş hamını yorub" dedi. Sonradan bildim ki, Cəmil müəllim kitabın yayılması üçün heç də məndən az səy göstərməyib. Ancaq onun bu fəaliyyəti barədə mən təsadüfən bildim. Bununla bağlı Cəmil müəllimə dedikdə "Aslan, insan gördüyünü deməz. Onsuz da bu ümumi işdir" cavabını verdi. Sonralar Cəmil müəllimlə dəfələrlə tədbirlərdə, məclislərdə birlikdə olduq. Onu hamıdan az danışan, ancaq hamıdan çox faydalı iş görən, təvəzökar İnsan kimi gördüm. Elə bu günlərdə bir hüzr yerində söhbət vahid namizəddən düşdükdə, mən Cəmil müəllimin adını çəkən kimi hamı bir nəfər kimi onun lehinə fikir söylədi. Bir nəfər tanımadığım şəxs isə məndən tez çıxdığından, stoldan qalxarkən ancaq mən eşidəcək şəkildə: "Aslan müəllim mən MTN işçisiyəm. Biz Sizlərdən az narahat deyilik. Özünüzdən muğayat olun. Cəmil müəllim isə Millətini sevən Kişidi" dedi və bizi tərk etdi. Cəmil müəllimin tariximizlə bağlı fəaliyyətinə isə əminəm ki, gələcək nəsillər bizlərdən daha çox baş vuracaq və tariximizin dürüst araşdırılmasına görə onu daim minnətdarlıqla anacaqlar. Məhz Cəmil müəllim az insanlardan biridir ki, həm müxalifət, həm də iqtidar nümayəndələri ona hörmətlə yanaşırlar. Bu isə ancaq və ancaq Cəmil müəllimin Vətənini, Millətini səmimi sevməsi və həyatını bu yola həsr etməsi ilə bağlıdır.
Posted on: Mon, 26 Aug 2013 08:01:43 +0000

Trending Topics



px; min-height:30px;"> ADMIN PERMISSION to post Thanks GOD BLESS The Huge Business is
Whirlpool Part Number 8182591: Handle, Door GET YOUR DEAL >>

Recently Viewed Topics




© 2015