Biseksual həm qadına, həm kişiyə cinsi və ya hissi istək - TopicsExpress



          

Biseksual həm qadına, həm kişiyə cinsi və ya hissi istək duyan şəxsə deyilir. Bu hissin yaranmasına ikili baxış mövcuddur. Mənim də dəstəklədiyim ikinci qrup yanaşmaya görə, biseksualizm zamanla yaranır, inkişaf edir. Bəzi ailələrdə “mənfi ata obrazı” və ya “həddən artıq qayğikeş ana obrazı” bu hissln yaranmasına bir növ stimul ola bilər. Bu ehtimallardan birincisidir. Bəzən görünüşcə uğurlu olmayan oğlanlarda partnyor tapmaq çətinləşir, bəzən isə mümkünsüz bir hal alır. Bu, əsasən, yeniyetməlik dövrünə təzə keçid etmiş gənclərdə daha sıx görülür (13-15 yaşlarında). Cinsi təlabatın çoxaldığı bu zamanda ehtiyacını qarşılaya bilməyən gənc gay’lərə meyil salır. Eyni hal, nəinki, yenhyetməlik dönəmində, eyni zamanda gənc, yetkin insanlarda da görülməkdədir. Qeyri-ədəbi dildə desək, gay’lər qız tapa bilməyənlərin ehtirasını öldürə bilmələri üçün canlı vasitəyə çevrilir. Görünüşcə xoş olmayan, yaşı ötmüş şəxslər, dil qabiliyyəti olmayan, ünsiyyəti bacarmayan şəxslər biseksuallığa meylli olurlar. Başqa bir ehtimal da var. Müasir zamanda kişilərdə özünə diqqət artır (metroseksuallar). Bu xüsusiyyətə həddən artıq sahiblənən gənc istər-istəməz biseksuallığa açıq mənbə yaradır. Üçüncü ehtimal isə qadınla münasibət yaratmaqda olduqca uğurlu olan şəxslərə aiddir (sözün həqiqi mənasında “babniklər”). Qadınla seks həyatında yorulan bu tip insanlar yenilik axtarır. “Qoy bunu da dadım” prinsipiylə “gay ovu”na çıxırlar. Digər hallara da nəzər salın: – Hərbi xidmətdə tələbatını ödəyə bilməyənlər – Evli kişilərdə qadından bezmə halı (bu haqda növbəti blogda) – Dostunun ağız dolu məsləhətindən sonrakı həvəs Dünyada sayları olduqca çox olan biseksuallar hazırda artmağa davam edirlər. Azərbaycanda da bu göstərici yuxarıdır. Özlərini biseksual adlandırmadıqlarına görə, saylarının hesablanması çətinləşir. Basqa yazilar ucun turalgbt.wordpress/
Posted on: Thu, 11 Jul 2013 12:09:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015