“Bismillahın” lətif görüntüləri Sərf-nəhv, yəni - TopicsExpress



          

“Bismillahın” lətif görüntüləri Sərf-nəhv, yəni qrammatika alimlərinin fikrincə “ism” kəlməsi böyüklük və üstünlük bildirir. Allah-Taala bu nurani kəlmə ilə insanın diqqətini böyük dosta yönəltmək istəyir. İnsan bilməlidir ki, sadəcə dostun adını çəkməklə ona qovuşmaq olmaz. Bu böyük dosta yaxınlaşmaq üçün qəlb səhifələri əxlaqi çirkinliklərdən təmizlənməlidir. İnsan öz dilini tövbə suları ilə boş sözlərdən təmizləməli, batinində məhbuba yaxınlaşma ruhu yaratmalıdır. Qəlbi təmizləmədən Allahın mübarək adını dildə zikr etmək ədəbsizlikdir. Gülabla ağzımı yusam da mən çox, Adını çəkməyə ləyaqətim yox. Allah-Taala ən üstün müqəddəslik mərtəbəsindədir. Torpaqdan yaranmış insan durduğu alçaq mərtəbədən vasitəsiz ucala bilmir. Rəbbimiz “bismillah” kəlməsini özü ilə insan arasında vasitə qərar vermişdir. Bu kəlmənin həqiqi mənasını anlamaqla tərəqqi nərdivanında qalxmaq olar. İlahi camal və cəlalın müşahidəsi üçün bu yolla şərait yaranır. Aşiq ariflər “bismillah”ın əvvəlindəki “bə” hərfinin hərəkətə başlama işarəsi olduğunu bildirirlər. “B” hərfindən “s” hərfinədək olan sirli mərifət yolu nəhayətsizdir. “B” “ism”-ə birləşərkən yazıda “ism” kəlməsinin “əlif”-i itir. Ərəb qrafikası ilə tanış olmayan oxuculara aydın olsun - deyə bu prosesi belə ifadə edə bilərik: “bismillah” kəlməsində “b” “ism”-ə birləşərkən yazıda bir hərf itir. Ariflər bu itmiş hərfin insandakı eqoist “mən”-ə işarə olunduğunu göstərirlər. Yəni Allaha yaxınlaşmaq məqsədi ilə yola çıxmış insan öz “mən”-ini məhv etməsə böyük dostun məhəbbətinə nail ola bilməz. Hal əhli belə hesab edir ki, “bismillah” kəlməsindəki “b” hərfi Allahın bütün varlıq aləminə xüsusi ilə nəfs əhlinə olan yaxşılığına işarədir. “S” hərfi qəlb sahibi olan xüsusi bəndələrə aid olan sirləri bildirir. “M” hərfi isə seçilmiş bəndələrin çatdığı ilahi məhəbbət nişanəsidir. “Kafi” kitabında nəql olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: “Bu üç hərfin hər biri Allahın gözəl adlarından birinə işarədir. “B” Allahın bəhasını, yəni dəyərini, “S” Allahın sənasını, yəni ucalığını, “M” Allahın məcdini, yəni böyüklüyünü bildirir. Bir qrup aşiq isə belə hesab edir ki, “b” – “bəsir” (görən), “s” – “səmi” (eşidən), “m” – “muhsiy” (hesab aparan) sifətlərinə işarədir. “Bismillah” oxuyan insana bildirilir ki, Allah-Taala onun aşkar və gizli olan bütün əməllərini görür, bütün dediklərini eşidir, çəkdiyi nəfəsləri sayır. İnsan dərk etməlidir ki, belə bir bəsirət qarşısında riyakarlığı, belə bir dinləmə mühitində artıq sözə və belə bir hesab aparıldığı vaxt çəkdiyin nəfəsdən xəbərsizliyə yer yoxdur.
Posted on: Sat, 22 Jun 2013 16:47:01 +0000

Trending Topics



v>
Mozzarella Stuffed
Being a woman is a blessing from God. We women are strong and we
FACEBOOK MENJADI YANG TERATAS DI 127 NEGARA Facebook hampir
We know the problems, let’s work together to find solutions.

Recently Viewed Topics




© 2015