Boynu maşının altında qaldı İbrahim Çelik adlı şəxs - TopicsExpress



          

Boynu maşının altında qaldı İbrahim Çelik adlı şəxs avtomobilinin təkərini dəyişmək istəyərkən görənləri heyrətə gətirən qəza baş verib Türkiyənin Antalya şəhərinin Alanya mahalında qeyri-adi ölüm hadisəsi baş verib. Belə ki, Bucaq Köyü Karakütük kəndində İbrahim Çelik adlı şəxs 07 NY 358 nömrə nişanlı avtomobilinin təkərini dəyişmək istəyərkən görənləri heyrətə gətirən qəza baş verib. İbrahim Çelik qaldırıcı qurğu vasitəsi ilə təkəri dəyişmək istəyir. Təkəri sökərkən, qurğunun sürüşməsi nəticəsində Çeliyin boynu avtomobilin altında qalır. Qəzanın şahidləri jandarma və yanğınsöndürənlərə xəbər verib. Xilas edicilər tərəfindən avtomobilin altından çıxarılan Çeliyin hadisə yerində həlak olduğu bildirilib. Onun cənazəsi Alanya Bələdiyyə məzarlığının morquna göndərilib.
Posted on: Mon, 29 Jul 2013 07:03:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015