Bu BiziK ! Toy kasetinə baxanda öz oynamağımızdan utanan da - TopicsExpress



          

Bu BiziK ! Toy kasetinə baxanda öz oynamağımızdan utanan da -- BİZİK Metro kartında 20 AZN gediş ola-ola, 1 AZN gediş yükləmək istəyərkən camaatı növbədə saxladan da — BİZİK. Axşam bütün vaxtımızı internetə sərf edib dərs oxumayan da, səhər dərsə gedərkən metroda dərsi əzbərləyə-əzbərləyə gedəcəyimiz stansiyanı ötürən də — BİZİK. “Adını Feriha Koydum” serialı nümayiş etdiriləndən bəri filmin aktyorlarının bütün tərcümeyi halını, səhər necə durduqlarını, axşam nə etdiklərini və bütün şəkillərini Azərbaycana tanıdan da — BİZİK. Yolda Toy kortecinin yüksək sürətlə hərəkət etdiyini görüb, kartecə toy adamı kimi qoşulub DYP-dən keçməyi bacaran da — BİZİK. “Kurtlar Vadisi” serialı ilk dəfə nümayiş etdiriləndən sonra “Polat Alemdar” kimi kostyum geyinib şəhərdə ciddi gəzən də — BİZİK. Atasının yanında 5 yaşlı uşağa “balaca kişi, aton yaxşıdı, ya eşşəy?” sualını verən də — BİZİK. Sevgilimizə “sənə görə Facebook- u bağlayıram” deyib, sonradan 2 dənə əlavə profil açan da — BİZİK. Küçədə pişik görüb onun kimi “myyyaaaoo” səsin çıxardan da — BİZİK. (pişik də bizi başa düşür axı) Toyda təbrik üçün söz veriləndə, tamadadan da çox şeir deyən də — BİZİK. Hər dəfə bizi yada salan insanları yalnız işimiz düşəndə yada salan da — BİZİK. Sıxlıq vaxtı qatara minəndə əsəbi halda “Ortaya keçin dəəə...orta boşdu” deyib, qatara minərkən qapının ağzında dayanan da — BİZİK Gizlənqaç oynayarkən gizlənməyə yer tapmadıqda, özümüzü asfalta sürtüb avtomobilin altında gizlənən də —BİZİK Sevdiyimiz filmi seyr edərkən ordakı varlı rolunu oynayan aktyorun əvəzinə o rolda özümüzü təsəvvür edən də —BİZİK Like&Share ©Dashqin
Posted on: Mon, 09 Sep 2013 14:06:26 +0000

Trending Topics




© 2015