Bu gune olan burcler :) bu size psixoloji tesir gostermesin ;) - TopicsExpress



          

Bu gune olan burcler :) bu size psixoloji tesir gostermesin ;) maraqlidi deye paylaşiram. #Deniz QOÇ - Həmişə haqlıyam kimi dəhşətli və qərəzli fikirlərdən əl çəkin. Əks təqdirdə hər şeydən məhrum ola bilərsiniz. Çünki insanların dözüm və güzəşt limmiti tükənməz deyil. BUĞA - Tale imtahanlarından birini vermək üçün bu gün qarşınıza çıxan hər bir hadisəyə imanla yanaşın. Nəzərə alın ki, Böyük Yaradandan gizli heç nə yoxdur. Doğmalarınıza baş çəkin. ƏKİZLƏR - Neçə vaxtdan bəri mövcud olan pulla bağlı sıxıntılarınız nəhayət ki, aradan qalxmağa başlayacaq. Bu isə həmişə olduğu kimi ovqatınızın yüksəlməsinə stimul verəcək. XƏRÇƏNG - Lazımsız əlaqələrə son qoymağı bacarsanız, ulduzlar sizə xoş bir gün bəxş edəcək. Enerjinizi yalnız xeyirxah işlərin həllinə və maliyyəyə yönəldin. Yuxusuzluğa qarşı əncam çəkin. ŞİR - Astroloji göstəricilər naharaqədərki vaxtı adi işlərə həsr etməyi məsləhət görür. Bütün görüşlərdə ehtiyatlı olun. Sonrakı müddətdə isə fəaliyyətdə müəyyən uğurlarınız mümkündür. QIZ - Günün ümumi mənzərəsi normal olsa da, bəzi səhvlərdən yaxa qurtarmağa çalışın, ələlxüsus da münasibətlərdə. Dəqiq olmayan məsələlərə yekun münasibət bildirməyin. Gəlir də mümkündür. TƏRƏZİ - Yaşamağın çox çətin olduğu indiki vaxtda körpüləri yandırmaq sizə yaramaz. Ən azı xoş gələcəyiniz üçün bunu etməməlisiniz. Davranışda səmimi, sağlamlığınızda ehtiyatlı olun. ƏQRƏB - Əgər əsas gücü ünsiyyətin mülayimləşdirilməsinə yönəltsəniz, ulduzlar sizi sevindirəcək. Hətta maddi durumunuz da qənaətbəxş hala gələ bilər. Bu gün yaxın səfərə çıxmaq olar. OXATAN - Bürcünüzdəki müsbət kosmik fon ümumi işlərinizdə xeyli irəliləyiş yaradacaq. Həm fəaliyyətdə, həm də münasibətlərdə sevinəcəksiniz. İstənilən yeni təklifə razılıq verin. OĞLAQ - Günün birinci yarısında əsəblərinizi qorumağı bacarın ki, Göy qübbəsinin sürprizləri sizdən yan keçməsin. İnsanlara əşya kimi deyil, Tanrının yaratdığı ali varlıq kimi baxın. SUTÖKƏN - Dəiyşkən iqlimlə mübarizədə əzmkar olun ki, qarşıda duran perspektivlərə yetişəsiniz. Öz təklif və əmrlərinizlə müsahiblərinizin işini çətinləşdirməyin. Gecəni öz evinizdə keçirin. BALIQLAR - Ulduzlar bu gün əsas ixtiyarı öz əlinizə verəcək. Bu isə gözlənilən hadisələrin nəticəsini qərarlarınızdan asılı edəcək. Hər şey müvafiq olsa, nahardan sonra ovqatınız yüksələcək.
Posted on: Sat, 23 Nov 2013 10:21:40 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015