Bu gün bir çox post-sosialist müsəlman ölkələrində " dinə - TopicsExpress



          

Bu gün bir çox post-sosialist müsəlman ölkələrində " dinə qayıdış " tendensiyası başlayıb. Azərbaycan tarixən dünyəvilik anlayışının üstün olduğu ölkə olub. Gəlin belə deyək, çadra kəndlərdə olmayıb, ancaq böyük şəhərlərdə olub. Din heç vaxt bu torpağın insanlarının həyatını üstələməyib. Düzdür bu torpaqda mövcud olmuş bütün dinlər hansısa dövrdə dominantlıq ediblər həyatında bizim insanların, ancaq o qədər də yox. Bizim insanımız dini öyrənərkən daha çox elmi tərəfdən anlayır. Biz savadsız deyilik, ən azından əhalisinin 95% müsəlmanların təşkil etdiyi və savadlılıq dərəcəsinin 100% yaxın olduğu bir ölkədə yaşayırıq. Mənim başa düşmədiyim bir məsələ, niyə dünyəvilik içində böyüyən bizim gənclərimizin son zamanlar genişlənən fanatizmə sürüklənməsidir. Əlhəmdülillah hamımız müsəlmanıq, ALLAHA inanırıq. Ancaq bu inancları, şəxsi ideyaları bütün cəmiyyətə sırımaq nəyə gərək? Bu gün hələ də 1 əsr bundan qabaq olan, qaraguruhçu dini dominantaya qayıtmaq istəyələr var. Bəyəm biz bu qədər mi əsilsiz bir millətik ki kiminsə diktəsinə uyaq? Xeyr bu belə deyil! Bu millət əsrlərdir ALLAHI tanıyan bir millət olub. İstər Tenqriçilik dövründə, istər erkən Xristianlıqda, istərsə də indiki İslami dövründə. Azadlıq və ləyaqət fanatizmlə deyil, ürəkdəki saf və şəxsi inancla ölçülür!!!
Posted on: Fri, 30 Aug 2013 07:13:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015