Bu gün xaricə üz tutan tələbələrimizin sayı artır.Bu - TopicsExpress



          

Bu gün xaricə üz tutan tələbələrimizin sayı artır.Bu yalnız sevindirici haldır.Ancaq bəzi məqamları xüsusi qeyd etmək lazımdır.Bu gün xaricə üz tutan tələbərimiz öz məqsədlərini dəqiq bilməlidirlər.İlk öncə bu məqsəd nədir,bu məqsədə necə nail olmaq lazımdır deyə düşünməlidir. Hər bir xaricə təhsil alan gənc lobbiçilik və diaspora fəaliyyətində fəal olmalıdır ancaq bunu ikinci bir işi olaraq görməlidir.Hər bir gənc xaricdə ilk öncə TƏHSİLinə önəm verməlidir.TƏHSİLində qazandığı uğur onun ölkəsinə,Vətəninə verə biləcəyi ən yaxşı mükafatdır.Hər bir uğurun arxasında duran formul onun TƏHSİLİDİR. Bu gün sən universtetində qazanacağın uğur sənin vətənin uğurudur və bundan gözəl təbliğat üsulu tanımıram və hər zaman bu TƏHSİLİNdə uğur qazanan gənc digər sahələrdə istər lobbiçilik,istər də Vətəni üçün başqa sahələrdə uğur qazana bilər.Ona görə bu gün birindən nə üçün xaricdə tıhsil almaq istəyirsən sualına “Vətəni təmsil etmək üçün,nə bilim Azərbaycan həqiqətlərini orda yaymaq üçün” deyənlləri səmimi qəbul etmirəm və bu sözləri sadəcə söz xatirəsinə dediklərinə düşünürəm... Ən adi fakt,Çində Azərbaycanı kim yaxşı təmsil edəcək?! mənim fikrimcə Çin dilində sərbəst danışa bilən,dünya görüşü yaxşı olan və təhsilində uğur qazanıb hər hansı bir auditoria qarşısında cixiş edib və ya TV showda “Wo shi lai zi ASAIBAIJIANG” (Mən Azərbaycanlıyam) deyən bir gənc,yoxsa hələ təhsilə başlamamış indidən lobbiçilik və diaspora ilə məşğul olmaq istəyən gənc... Bu məncə bütün ölkələrdə eynilik var.... PS bu yalnız mənim öz şəxsi düşüncələrimdir.....
Posted on: Sat, 17 Aug 2013 12:46:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015